Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Milli Məclisdə “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin hazırlanması təklif olunub.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında çıxış edib.

O, gənc ailələrin övlad sahibi olması məsələsinə toxunub:

"Gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil. Bu, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Ona görə də dövlətin ailənin yalnız uşağın doğulduğu anda deyil, bütün bu mərhələlər boyunca yanında olmasını vacib görürəm.
 

Dünya təcrübəsində mənim diqqətimi çəkən əsas məqam da məhz budur. Orada məsələyə yalnız pul ödənişi kimi deyil, mənzil, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem kimi yanaşılır.


Azərbaycanda da bu istiqamətdə kifayət qədər dövlət dəstəyi mövcuddur. Ailələrə, uşaqlara və gənclərə müxtəlif müavinətlər ödənilir, sosial xidmətlər göstərilir, mənzil, məşğulluq, təhsil və digər istiqamətlər üzrə proqramlar həyata keçirilir. Amma burada ciddi bir problem var. Bu imkanlar və xidmətlər müxtəlif qanunlarda, proqramlarda və ayrı-ayrı mexanizmlərdə dağınıq şəkildə təqdim olunur. Bəzən sistem vətəndaş üçün mürəkkəb və anlaşılmaz görünür".

Milli Məclisin üzvü qeyd edib ki, hüququn qanunda yazılması kifayət deyil, vətəndaş həmin hüquqdan real və rahat şəkildə istifadə edə bilməlidir:

"Bu qanunun məqsədi mövcud dövlət dəstəyi mexanizmlərini ləğv etmək və ya hər şeyə yenidən başlamaq deyil. Əksinə, bu gün mövcud olan hüquq və xidmətləri vahid hüquqi çərçivədə toplamaq, sistemləşdirmək və vətəndaş üçün daha aydın və əlçatan etmək və bununla bərabər digər yeni kompleks xidmətləri də əlavə etməkdir. Burada gənc ailənin mənzil məsələsi xüsusi yer tutmalıdır. Çünki bu gün bir çox gənc üçün artıq əsas sual “uşaq pulu nə qədər olacaq?” deyil, “harada yaşayacağıq?” sualıdır.
 

Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlər bu siyasətin bir hissəsi ola bilər. Digər mühüm məsələ uşaq baxımıdır. Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin tərkib hissəsi olmalıdır.


Uşağın gələcəyi də ayrıca nəzərə alınmalıdır. Təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi ailəyə yalnız bugünkü xərcləri qarşılamaqda deyil, uşağın gələcəyini qurmaqda kömək etməlidir. Ən vacibi isə budur: dövlət ailəyə “övlad sahibi olun” deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

End of content

No more pages to load

RADİO