Qubada ağacdan yıxılma ilə nəticələnən bədbəxt hadisələrin ardı-arası kəsilmir. Rustov kəndində 53 yaşlı İsmət Mustafayevin qoz ağacından yıxılmasından sonra, bu dəfə Əski İqriq kəndində də analoji hadisə baş verib.
Bizim.Media xəbər verir ki, 70 yaşlı Dövlət Ağamirzəyev həyətindəki hündür şabalıd ağacından yıxılaraq ağır xəsarətlər alıb. Ayağının sürüşdüyü bildirilən həmin şəxs xəstəxanada həyatını itirib.
Faktla bağlı Quba rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu