Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Bir cəmiyyətin hansı dövri təsirlərə məruz qaldığını anlamaq üçün bəzən onun ədəbiyyatına, filmlərinə yox, doğum şəhadətnamələrinə baxmaq kifayətdir. Çünki dəb təkcə geyimə tərzinə deyil, adlara da siraət edir.

Ekranda gördüyümüz, sevdiyimiz obrazların adları bir müddət sonra real həyatda uşaqların adlarına çevrilir. Yadınıza gəlirsə, milli filmlərimizdən, teletamaşalarımızdan nə qədər yaşarlar, gülnarlar, zaurlar populyarlaşmışdı.

Yəni Azərbaycanda bunu müxtəlif dövrlərdə müşahidə etmişik.

Bir vaxt Latın Amerikası seriallarının küləyi əsdi: sesiliyalar, mariannalar, eduardlar gündəlik həyatımıza daxil oldu. Ardınca dini mühitin təsiri ilə ərəb mənşəli adlar üstünlük təşkil etdi, bu dəfə hər iki qızdan biri Fatimə ya Zəhra oldu. İndi isə aparıcı təsir Türkiyə seriallarınındır: serial qəhrəmanlarının adları getdikcə yeni doğulan uşaqlar üçün seçimə yox, hətta mütləqiyyətə çevrilir. İndi bir ailənin iki ya üç övladından ən az biri türk seriallarındakı qəhrəmanların adını daşımırsa, ailə geridəqalmış sayılır.

Serial qəhrəmanı etimologiyadan güclüdür

Üstəlik Türkiyə serialında işlənən hər ad avtomatik olaraq türk adı hesab edilir. Adın hansı dildən gəldiyi, ilkin formasının nə olduğu, tarixən hansı mədəniyyətə aid olduğu heç araşdırılmır. Serialda türk aktyorun adıdırsa, deməli türk adıdır. Çünki adın mənşəyini müəyyənləşdirən lüğətlər yox, artıq seriallardır.
 

Bu yaxınlarda rast gəlinən belə bir nümunə məsələnin mahiyyətini yaxşı göstərir. Bir qadın yeni doğulan oğluna serial qəhrəmanının adı olan “Cihan”ı qoymaq istəyir. Ona deyilir ki, bu, “Cahan” formasında qadın adıdır. Cavab isə birmənalıdır: “Serialda kişi adıdır, vəssalam”.


Məhz bu cümlə problemin özüdür. Serialdakı personaj adın etimologiyasından daha mötəbər mənbəyə çevrilir. Burada söhbət, əslində, türklərə və ya Türkiyəyə sevgidən getmir. Türkiyə ilə qardaşlığımız, ortaq dil xüsusiyyətlərimiz və ümumilikdə türk dünyası ilə əlaqələrimiz ayrıca məsələdir. Problem ondadır ki, mədəni yaxınlığı bəzən mədəni asılılıqla səhv salırıq. Türkiyədə populyar olan hər şey bizdə də avtomatik olaraq milliləşdirilir.

Türk adı, yoxsa türk serialının adı?

Üstəlik, “türk adı” hesab edilən adların bir hissəsi heç də qədim türk adları deyil. Onların arasında ərəb, fars, yunan, latın və başqa dillərdən keçmiş, əsrlər ərzində müxtəlif dillərdə dəyişmiş formaları var. Bu, həmin adları pis və ya istifadəyə yararsız etmir. Əksinə, adların tarixini maraqlı edən də elə onların müxtəlif mədəniyyətlər arasında dolaşmasıdır.

Amma bir adı mənşəyini bilmədən “türk” elan etmək başqa məsələdir. Məsələ təkcə adla bitmir: müraciət olaraq, məsələn, abi, abla, bəy/xanım əfəndi və s. leksikonumuza daxil olub ki, irad bildirəndə türkşüvənlərin qulaqbatırıcı etirazına tuş gəlirik. Çünki bunu “milli kimlik” adı ilə edirlər, uşağına türk serialındakı adı qoyan adam özünü türkçü hesab edə bilər, amma seçdiyi adın türk mənşəli olub-olmadığını heç vaxt araşdırmaya bilər. Yəni burada türkçülükdən çox, Türkiyə pop-mədəniyyətinin təsiri işləyir. Bu, hazır mədəni modellərə qoşulmaq vərdişidir.

Biz milli kimliyimizi ifadə edən adlar seçmirik, hər dəfə güclü görünən mədəni axının ardınca gedirik.
 

Digər tərəfdən də bu yumşaq işğal öz işini görür. Həyatımızın bir hissəsi olmuş seriallar hətta evindən qaçaq düşmüş kişiləri belə hər axşam vaxtlı-vaxtında evə gətirir: serialı var axı! Bu serialdakı adlar, düşüncələr, geyimlər, eyhamlar – hamısı toxum kimi yeridilir beyinə. Bu “beyin cərrahları”da nə etdiyini çox gözəl bilirlər, qonşu ölkələrdən bir-iki cümlə, mahnı, ya da elə birabaşa aktyorunu dəvət edərək ürəkləri ələ alırlar. Problemin əlində tək biz “girinc” qalmamışıq, eynilə Gürcütanda, Rusiyada da çağırış ediblər ki, türk aktyorlarının adını uşaqlarınız qoymağı yığışdırın.


Üstəlik onların dərdi lap ağırdır: təsəvvür edin, əsilli-nəsilli rus ailəsində gəlin dirənir ki, oğlumun adını Boran qoyuram. Anlamır ki, başqa mentalitet, başqa din və qulaq yaddaşı var, sənin övladın gələcəkdə bir hərfin badına gedib ələ salınacaq.

Bir sözlə, məsələ düşündüyümüzdən daha ciddidir. Sırf Turançılıq ideologiyası ilə qədimdən müasirə qədər türk adlarına üstünlük verənlərlə, 4-5 serial izləyib, baş qəhrəmanla fantaziya qurub övladına dilimizə yamaq adlar verən eyni deyil. Əvvəlcə türkçülük və Türkiyəçiliyi bir-birindən ayırd edək ki, sağlam polemikaya girə bilək, özümüzü aldatmayaq.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

End of content

No more pages to load

RADİO