Kənd təsərrüfatı sahəsində məşğulluğun uçotu sisteminin təkmilləşdirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.
Tədbirlər planına əsasən, ilkin olaraq, kənd təsərrüfatı sahəsində əmək münasibətlərinin leqallaşdırılmasına, o cümlədən ailə kəndli təsərrüfatlarında çalışan işçilərin uçotunun təşkilinə dair təkliflər hazırlanması, son nəticədə isə kənd təsərrüfatı sahəsində məşğul şəxslərin elektron uçotunun aparılması nəzərdə tutulur.
Bizim.Media