XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

Bakı şəhərinin çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.
 

Bildirilib ki, Azərbaycan çoxtərəfli diplomatiya və əməkdaşlığın ən böyük dəstəkçilərindən biri olaraq, Qlobal Cənubun fəal üzvü qismində bu istiqamətdə töhfələr verməyə hər zaman sadiqdir.


"Son illərdə ölkəmizin çoxtərəfli diplomatiya və əməkdaşlıq müstəvisində əldə etdiyi çoxsaylı nailiyyətlər sırasında Qoşulmama Hərəkatı (NAM), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə (CICA), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) kimi mühüm təsisatlara uğurlu sədrlikləri qeyd edilə bilər", - məlumatda vurğulanıb.

Həmçinin bəyanatda bildirilib ki, 2026-cı il ərzində Ümumdünya Şəhərsalma Forumu (WUF13), İslam İnkişaf Bankının 10 illiyinə həsr olunmuş toplantı, Dünya Ətraf Mühit Günü (WED26), CICA dövlət və hökumət başçılarının zirvə görüşü kimi beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi bir daha çoxtərəfli diplomatiya və əməkdaşlığa verilən önəmə və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi ölkənin artan nüfuzuna dəlalət edir.
 

"Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və ev sahibliyi çoxtərəfli diplomatiya tarixinə ən uğurlu tədbirlərdən biri kimi həkk olunub.


Azərbaycan COP29-da əldə edilmiş tarixi əhəmiyyətli razılaşmaların icrası və irəlilədilməsi, eləcə də xarici siyasətimizdə aktiv sahələrdən birinə çevrilən dayanıqlı inkişaf və iqlim diplomatiyasına töhfələrini davam etdirməkdədir.

2026-cı ildə ölkəmizin ilk dəfə Regional İqlim Həftəsinə ev sahibliyi etməsi nəzərdə tutulur.

Eyni zamanda, yalnız son bir neçə il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi kimi sturkturların Bakıda yerləşməsi haqqında qərarlar verilib. Buna əlavə olaraq, cari ilin aprelində İstanbulda keçirilmiş konfrans zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mənzil qərargahının da Bakıda təsis edilməsinə dair tarixi qərar qəbul edilib", - bəyanatda deyilir.

Məlumata əsasən, Azərbaycan həmçinin beynəlxalq təşkilatlarda ədalətli coğrafi təmsilçiliyin tərəfdarıdır. Bu istiqamətdə prinsipial mövqe sərgiləməklə yanaşı, Azərbaycan Respublikası və vətəndaşlarının beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçiliyinə xüsusi önəm verilir.

Yalnız 2025-ci ildə 14 mühüm beynəlxalq qurumlara namizədliyimiz üzrə uğurlu nəticə təmin edilib.
 

Azərbaycan çoxtərəfli diplomatiya və formatlarda aktiv iştirakı ilə həm beynəlxalq, həm də regional müstəvidə sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcəkdir.


Xatırladaq ki, 24 aprel Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü kimi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakının 111 küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

Bakının 111 küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir? - FOTO

14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir? - FOTO

Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Zaqatalalı gənc Xocavənddə faciəli şəkildə öldü

Zaqatalalı gənc Xocavənddə faciəli şəkildə öldü

Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir

Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir

Ümumi cərrah adı ilə plastik əməliyyat EDƏNLƏR - Hər həkim bunu edə bilər? – Nazirlikdən CAVAB

Ümumi cərrah adı ilə plastik əməliyyat EDƏNLƏR - Hər həkim bunu edə bilər? – Nazirlikdən CAVAB

Rusiyada hava limanları bağlanır - Bakı reysləri təxirə salınır

Rusiyada hava limanları bağlanır - Bakı reysləri təxirə salınır

Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA

Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

İrəvanda erməni-türk biznes-forumu keçirilir

İrəvanda erməni-türk biznes-forumu keçirilir

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

End of content

No more pages to load

RADİO