İlham Əliyevdən Zelenskiyə TƏBRİK

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Azərbaycan Respublikası ilə Ukrayna arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimiyyətlə təbrik edir, dost Ukrayna xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur.

Məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.

Sevindirici haldır ki, bu illər ərzində qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın əhatə dairəsi genişlənmişdir.

Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.

Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olacağıq.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Ukrayna xalqına əmin-amanlıq və rifah diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Uşağı gec dil açan valideynlərin NƏZƏRİNƏ – Səbəbi bəlli oldu

Uşağı gec dil açan valideynlərin NƏZƏRİNƏ – Səbəbi bəlli oldu

End of content

No more pages to load

RADİO