Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə ikitərəfli əlaqələri müzakirə etdi - FOTO

Azərbaycanxarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər, habelə beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.


Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi naminə son zamanlar yüksək səviyyəli səfərlərin artan dinamikasının qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Bu çərçivədə, Azərbaycan Prezidentinin Vatikana rəsmi səfərləri, Birinci vitse-prezident Mehriban Əliyevanın cari ilin oktyabr ayında Müqəddəs Taxt-Taca baş tutmuş səfəri və səfər çərçivəsində həyata keçirilmiş görüşlərin və tədbirlərin əhəmiyyəti vurğulanıb.

Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda indiyədək həyata keçirilmiş və gələcəkdə icrası planlaşdırılan humanitar xarakterli mühafizə və bərpa layihələri məmnunluqla xatırlanıb.

Mehriban xanım Əliyevanın Vatikana səfəri zamanı Avropanın ən böyük pediatrik xəstəxanası və tədqiqat mərkəzi olan "Bambino Gesu"nu ziyarəti və ölkəmizlə bu sahədə əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub.
 

Bununla yanaşı, Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransisin 2016-cı ildə ölkəmizə səfərləri, Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi və hal-hazırda kilsənin tikilməsi məmnunluqla xatırlanıb.


2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis edilməsinin 35 illiyinin münasibətlərin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası və etiqadlararası dialoq sahəsindəki uğurları, ölkəmizdə xristian məbədləri də daxil olmaqla, dini abidələrin bərpası və qorunması üzrə görülən işlər haqqında danışılıb.

Azərbaycanın müxtəlif din və mədəniyyətlərin bir arada yaşadığı ölkə kimi apardığı uğurlu siyasətin beynəlxalq sülhə və anlaşmaya töhfəsi qeyd edilib.

Bununla yanaşı, qlobal iqlim dəyişmələrindən narahatlıq ifadə olunub, ölkəmizin COP29 sədri olaraq gördüyü işlər və təşəbbüsləri barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat dəhlizlərinin inkişafında rolu, Orta Asiya ölkələri ilə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Nazir görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı inkişaflar barədə ətraflı məlumat verib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

End of content

No more pages to load

RADİO