Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

“Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsi olaraq, Türk dünyasının inkişafına verilən töhfənin mühüm amilidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Türkiyənin Səlcuq Universitetində keçirilən simpoziumda çıxışı zamanı bildirib.
 

Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun açılması Türk dünyasının potensialını daha da açacaq, onun resursları və sərvətləri türk xalqlarının rifahı naminə istifadə ediləcək.


“Zəngəzur dəhlizi Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə Binəli Yıldırım bildirib.

O, TDT ölkələri arasındakı ticarət göstəricilərinə toxunaraq bildirib ki, hazırda türk dövlətləri arasında 1,1 trilyon dollarlıq ümumi xarici ticarət dövriyyəsinə baxmayaraq, bunun cəmi 70 milyard dolları qarşılıqlı ticarətin payına düşür.

TDT Ağsaqqallar Şurasının rəhbəri, həmçinin 34 hərfdən ibarət ortaq türk əlifbasının tam istifadəsinin zəruriliyini də qeyd edib. “Ortaq türk əlifbası ilə bağlı iş məqamları razılaşdırılıb.
 

Bu gün bu əlifbanın faktiki olaraq tətbiqi vacibdir. Hər şey ayrı-ayrı ölkələrin siyasi iradəsindən və onu tətbiq etmək səyindən asılıdır. Buna vaxt lazımdır”, - deyən B.Yıldırım yeni əlifba sayəsində TDT ölkələri sakinlərinin istənilən türk dilində oxuya biləcəyini qeyd edib.


TDT Ağsaqqallar Şurasının rəhbəri, eyni zamanda, Türk dünyasının ortaq tarixi üzrə dərsliklərin hazırlanması, gömrük prosedurlarının sadələşdirilməsi və infrastrukturun inkişafı kimi məsələləri də türk dövlətlərinin inteqrasiyasının gündəmində duran vacib məsələlər kimi diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

End of content

No more pages to load

RADİO