Bakıda TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin 2-ci iclası keçirildi - FOTO

Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar.
 

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstanın ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.


Görüş çərçivəsində 2024-cü il sentyabrın 9-da imzalanmış Astana Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə görülmüş işlərin icra vəziyyəti müzakirə olunub, üzv dövlətlər arasında hüquq və ədliyyə sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə Astana Bəyannaməsinin müddəalarına uyğun olaraq, üzv dövlətlər tərəfindən hüquq və ədliyyə sahəsində rəqəmsal transformasiya və innovativ həllərin tətbiqi üzrə həyata keçirilən işlər və qabaqcıl təcrübələr təqdim olunub, hərtərəfli və funksional elektron ədliyyə sisteminin xidmət keyfiyyətini artırması, prosesləri sadələşdirməsi və istifadəçiyönümlü mühitin formalaşmasına töhfə verməsi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.
 

Görüş zamanı TDT-yə üzv dövlətlərin ədliyyə nazirlikləri arasında mülki işlər üzrə hüquqi yardım haqqında Azərbaycanın təşəbbüsü ilə çoxtərəfli Saziş layihəsinin hazırlanması istiqamətində Ekspert Qrupunun fəaliyyəti, eləcə də Məhkəmə Ekspertizasının Mərkəzləşmiş Şəbəkəsinin yaradılması üzrə yaradılmış İşçi Qrupunun gördüyü işlər diqqətə çatdırılıb. İştirakçılar TDT-yə üzv dövlətlərin Ədliyyə nazirliklərinin 3-cü iclasının 2026-cı ildə Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.


Qonaqlar görüşün yüksək səviyyədə təşkilinə görə ədliyyə naziri Fərid Əhmədova dərin minnətdarlıqlarını bildiriblər və Azərbaycan tərəfinin səmimi qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin ilk iclası ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

End of content

No more pages to load

RADİO