Azərbaycan və Vyetnam arasında memorandum imzalanıb - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda işgüzar səfərdədir.

Bizim.Media xəbər verir ki, səfər Vyetnamın Baş prokuroru Nquyen Tiyenin dəvəti ilə baş tutub.

Martın 24-də Vyetnam Sosialist Respublikasının Prezidenti Luonq Kuonq nümayəndə heyətini qəbul edib.
 

Baş prokuror Prezident İlham Əliyevin salamlarını Vyetnamın Kommunist Partiyasının Baş katibinə və ölkə prezidentinə çatdırıb. Prezident Luonq Kuonq onların salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.


Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanı qoyulduğu qeyd edilib. SSRİ dövründə Azərbaycanda 5 minədək vyetnamlının təhsil aldığı bildirilib.

Ali Xalq Prokurorluğunda keçirilmiş ikitərəfli görüşdə Vyetnamın Baş prokuroru Nquyen Tiyen Azərbaycan ilə yüksələn xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirib.

Baş prokuror Kamran Əliyev iki ölkə liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin səmərəliliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi baza üzrə fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri davam edir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

End of content

No more pages to load

RADİO