Hacıbəy Heydərli ATƏT-in tədbirində: Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır

"Düşünürəm ki, münaqişə dövrləri ilə bağlı Azərbaycan mətbuatının və Azərbaycan jurnalistlərinin çox böyük təcrübəsi var. Belə ki, Azərbaycan son 35 ildə Ermənistan ilə münaqişə və müharibə dövründə olub. Bu illər ərzində ölkəmizə qarşı informasiya müharibəsi aparılıb. Xüsusən, Birinci və İkinci Qarabağ müharibəsi illərində xarici mətbuatda Azərbaycan ilə bağlı yalan xəbər və dezinformasiyalar yayılıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber Media Qrupun baş redaktoru rəhbəri Hacıbəy Heydərli ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında çıxışı zamanı deyib.

Hacıbəy Heydərli qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb:

"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu.

Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibədə dünyanın nüfuzlu media qurumlarına 31 müsahibə verdi. Prezident Əliyev həm Azərbaycan, həm türk, həm rus, həm də ingilis dilindəki müsahibələri ilə müharibə ilə bağlı həqiqətləri söylədi, Azərbaycana qarşı dezinformasiya və feyk nyusların qarşısını aldı.

Müharibədən sonrakı dövrdə Azərbaycana qarşı dezinformasiya kampaniyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanlı eko fəalların Şuşa - Xankəndi yolundakı dinc aksiyasını Ermənistan və bəzi Qərb mətbu orqanları başqa cür təqdim etdilər. Onların iddiasına görə Xankəndidə yaşayan ermənilər etnik təmizləməyə məruz qalırdılar. Əslində isə bu kökündən yalan məlumatlar idi. Həmin yol humanitar məqsədlər və dinc əhali üçün açıq idi.

Azərbaycan və dünya mediası oradan hər saat canlı reportajlar yayımlayırdı. Mən özüm də bunun canlı şahidi olmuşdum.

Baş redaktor qeyd edib ki, bu gün də Azərbaycana qarşı bəzi xarici KİV-lərdə kampaniya aparılır:

"Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bu gün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla ilə Ermənistanın sülh danışıqları getdiyi bir anda Ermənistan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutub. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir və təxribatlarına davam edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

End of content

No more pages to load

RADİO