Avropada “böyük savaş” planı AKTİVLƏŞDİRİLDİ – Qərbin ilk hədəfi BU ÖLKƏDİR

Avropada yeni müharibə kabusu dolaşmaqdadır. Ukraynada heç bir uğur qazanmayan Qərb məğlubiyyətini gizlətmək və unutdurmaq üçün yeni gərginlik ocağı axtarır. 

Qərbin qurban seçdiyi ölkələrdən biri də Serbiyadır.

Nəzərə alaq ki, Serbiya aktiv münaqişə ocağı olaraq qalır. Ötən əsrin sonlarında və 2000-ci ilin əvvəllərində bosniyalılarla, o cümlədən kosovolularla serblər arasında iri miqyaslı qanlı toqquşmalar oldu. O zaman serblərin lideri Slobadan Miloşeviç zindana atıldı, ölkə parçalandı. Lakin münaqişə sonlanmadı və Balkan regionu barıt çəlləyi olaraq qalmağa davam etdi.

Niyə məhz Serbiya?

Serbiyada xaosun başlamasında ən çox maraqlı tərəf ABŞ-dır. Bunun da bir neçə səbəbi var. 

Birinci səbəb odur ki, ABŞ Ukraynadakı prosesləri unutdurmaq üçün yeni gərginlik meydanı yaratmaq istəyir. Bu gün Ağ Ev müəyyən mənada istədiklərinə nail olub. Dünyanın böyük iqtisadi və hərbi potensialına malik iki ölkəsi – Rusiya və Ukrayna müharibə bataqlığına salınıb. Onların bu bataqlıqdan çıxması hələ uzun zaman aparacaq. 
 

Özünü hər zaman sülhün və demokratiyanın qarantı kimi göstərən, əslində isə bütün münaqişə ocaqlarının təşkilatçısı olan Vaşinqton da çalışır ki, müəyyən müddətə Ukraynadakı proseslər arxa plana keçsin. Ona görə də Ağ Ev Şərqi Avropanın digər ölkəsi olan Serbiyada rəngli inqilab ssenarisini işə salıb.


İkinci səbəb odur ki, ABŞ münaqişə ocaqlarını Avropanın mərkəzinə daşımaq istəyir. Bu gün ABŞ üzdə Avropa İttifaqı ilə müttəfiq görünsə də, əslində bu belə deyil.

Ağ Ev daha zəif və üzüyola Avropa görmək istəyir. Bunun üçün də bütün imkanlardan yararlanmağa çalışan ABŞ hər vasitə ilə Avropada daha çox münaqişə ocağı yaratmağı hədəfləyir.

Üçüncü səbəbsə, Rusiya faktorudur. Serbiya Avropanın müstəqil siyasət yürüdən ölkələrindən sayılır. Hətta Ukraynada müharibə başlayandan sonra rəsmi Belqrad öz ənənəvi siyasətindən əl çəkmədi və neytrallığını qorudu.

Bu isə ABŞ-ın planlarına uyğun deyil. 

Ona görə də Vaşinqton rəsmi Belqradı cəzalandırmaq istəyir. Bu məsələdə isə həm Avropadakı müttəfiqlərinin, həm də ki, ABŞ-dakı müvafiq institutların imkanlarından faydalanmaq istəyir. 
 

Serbiyanın müstəqil siyasəti Avropada ağalıq iddiasında olan Fransa və Almmaniyanın da işinə yaramır. Fransa və Almaniya dəfələrlə Serbiyanı Kosovonın müstəqilliyini tanımağa çağırıb. Lakin rəsmi Belqrad bu çağırışlara heç zaman müsbət cavab verməyib. Çünki Serbiya Kosovonun müstəqilliyinin tanınmasına öz ərazi bütövlüyünə zidd hesab edir. Ona görə də Serbiya rəhbərliyi Kosovo məsələsində öz prinsipialllığını qoruyur. 


Nəzərə alaq ki, Qərb bu gün Serbiyanın qarşısına qoyduğu tələbi 30 il ərzində Azərbaycana qarşı da irəli sürüb. Bütün danışıqlar prosesi boyunca Qərb Azərbaycandan Qarabağa ən yüksək səviyyəli status tələb edib. Təbii ki, onların bu tələbi münaqişənin bu qədər uzanmasına səbəb olub. Lakin sonda Azərbaycan öz sözünü deyib və ərazi bütövlüyünü təmin edib. İndi isə ABŞ-la yanaşı Fransa və Almaniya da Serbiyanı Kosovoya görə cəzalandırmaq istəyir. 

Niyə məhz indi?
 

İlk ehtimal odur ki, Trampın Ukrayna-Rusiya arasında müharibədə “30 günlük atəşkəs” təşəbbüsü iflasa uğradı. Halbuki, seçkilər öncəsi Tramp bəyan etmişdi ki, münaqişəni bir günə həll edə bilər. 2 aydır ki, Ağ Evdə oturan Tramp münaqişənin həlli üçün heç bir faydalı iş görə bilməyib. Təbii ki, bu da təkcə Trampın yox, həm də ABŞ-ın nüfuzuna ciddi zərbədir. Ona görə də yeni münaqişə ocağının axtarışı başlanılıb.


Təsadüfi deyil ki, artıq neçə gündür ki, Serbiyada tələbələr başda olmaqla minlərlə insan ölkənin üçüncü böyük şəhəri olan Nişdə etiraz aksiyası keçirir. Ölkə Prezidenti Aleksandar Vuçiç ölkənin şərqindəki Krepolyina şəhərində vətəndaşlarla görüşündə deyib ki, Serbiya kənardan hücum edən və onu məhv etmək istəyən şər qüvvələrə tab gətirəcək və məğlub edəcək: 

“Müxtəlif qüvvələr Serbiyaya qarşı mübarizədə birləşib. Ötən üç aydakı nümayişlər, hərəkətsizlik və blokadalar Serbiya iqtisadiyyatını məhv etdi.

Biz bunun öhdəsindən gələcəyik, Serbiyanı ayağa qaldıracağıq. İnanıram ki, Serbiya bu il bütün Avropada artım tempinə görə ilk üç ölkədən biri olacaq. Bizə sağlam, dinamik işləyən və gələcəyə baxan Serbiya lazımdır”.

Xatırladaq ki, keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə “15 nəfər üçün ayın 15-i” şüarı ilə aksiya keçirilmişdi. Bunun 2000-ci ildə keçirilən etirazlardan sonra ölkə tarixində ən genişmiqyaslı aksiya olduğu bildirilib. Təkcə Serbiyanın paytaxtı Belqradda yüz mindən çox insanın iştirakı ilə keçirilən aksiyada 22 nəfər saxlanılıb.
 

Maraqlıdır ki, Serbiyanın Xalq Məclisinin (birpalatalı parlament) binası qarşısında etirazçı prezident sarayını partlatmaqla hədələyib. Xatırladaq  ki, bundan bir neçə gün əvvəl Serbiya parlamentində deputatlar arasında qarşıdurma yaşanıb. Belə ki, müxalifəti təmsil edən deputatlar parlamentin iclas zalında məşəl yandırıblar. Üstəlik, spiker Ana Brnabiçin üzərinə su atılıb.


Göründüyü kimi, Serbiyanın bütün yaşayış məntəqələrində və qanunverici orqanda süni qarşıdurma yaradılır. Hədəfsə odur ki, bu ölkə aktiv münaqişə ocağına çevrilsin. Lakin hadisələrin inkişafı göstərir ki, Qərb Serbiyada arzuladığı nəticəni qazanmaqdan çox-çox uzaqdır...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

End of content

No more pages to load

RADİO