Suriyada kartlar yenidən DAĞIDILIR – ABŞ-ın narazılığı dörd ölkəni müharibəyə SÜRÜKLƏYİR...

Suriyada vəziyyət yenidən gərginləşib. Xəbər verdiyimiz kimi, martın 6-dan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları Latakiya əyalətinin Cebla bölgəsində yeni hakimiyyətin təhlükəsizlik əməkdaşlarına qarşı silsilə hücumlar təşkil ediblər.

Toqquşmalarda 231 hökumət döyüşçüsü həlak olub. Daha onlarla hərbçinin itkin düşdüyü də qeyd edilir. Bundan əlavə silahlı toqquşma nəticəsində Suriyanın Latakiya, Tartus və Hüms əyalətlərində azı 532 mülki vətəndaş həlak olub. “Rudaw” telekanalının yaydığı məlumata görə isə toqquşmalar başlayandan bəri ölənlərin ümumi sayı 745-ə çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ İrana hücum hazırlıqlarına BAŞLADI – “Bu bölgə işğal ediləcək”


Onların arasında 213 silahlı şəxs də var. Onlardan 93-ü Suriya hakimiyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları, 120-si isə keçmiş prezident Bəşər Əsədin tərəfdarlarının yaratdığı silahlı dəstələrin üzvləridir.

Qeyd edək ki, ən gərgin döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq – ələvilərin yaşadığı Cəblə şəhərində qeydə alınıb.

Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əl-Şaraa devrilmiş keçmiş dövlət başçısı Bəşər Əsədin silahlı tərəfdarlarını “çox gec olmadan” silahlarını yerə qoymağa çağırıb:

"Əvvəlki rejimin qalıqları təşəbbüs göstərməli və silahlarını yerə qoymalıdırlar. Hakimiyyət yıxılan rejimin qalıqlarını təqib edəcək və xalqa hücumu davam etdirənlərin ədalətli mühakimə olunacaq”.

Əl-Şaraa deyib ki, hökumət qanunsuz silah tədarükünü məhdudlaşdırmağa davam edəcək.

Suriya lideri döyüşlərə qoşulan bütün qüvvələri orada fəaliyyət göstərən hərbi komandirlərə və təhlükəsizlik qüvvələrinə tam tabe olmağa çağırıb. Lakin Əl-Şaraanın çağırışı hələki cavabsız qalıb.

Suriyada nə baş verir?

Qeyd edək ki, dekabrın 8-də Suriya rejiminin keçmiş lideri Bəşər Əsəd hakimiyyəti tərk edib Moskvaya qaçdı. Və idarəçiliyi “Təhrir əş-Şam” qruplaşması ələ aldı. Məhz o zaman biz yazmışdıq ki, bu 13 illik müharibənin sonu deyil, yeni münaqişənin başlanğıcıdır. Çünki bütün münaqişələri qlobal güclər yaradır və öz maraqlarına uyğun olaraq həmin münaqişələri idarə edirlər.

Bu mənada Suriyadakı qarşıdurmanı və sonrakı münaqişəni Suriya xalqı yox, qlobal güclər başlatmışdı. Amma Bəşər Əsədin qaçışı qlobal güclərin, xüsusən də Qərbin planları çərçivəsində deyildi.

Çünki Qərb Suriya üçün başqa planlar cızıb. Bu planda Əsədin gedişindən sonra hakimiyyətin bir qruplaşmanın əlində cəmləşməsi yox idi. Qərb istəyirdi ki, Suriyada da İraqdakı kimi koalisyon hökumət olsun. Bu olmadığı üçün Suriyada müharibənin yenidən başlaması qaçılmaz idi. Belə də oldu.


Atan “əsədçilər” yox, “irançılar”dır

Məlumdur ki, keçmiş elitaya aid olan müəyyən etno-konfessional qruplar ölkədəki yeni status-kvodan narazıdırlar. Onlar hansısa yolla ya gedən proseslərə təsir etmək imkanı əldə etməyə, mühüm hərbi-siyasi gücə çevrilməyə, ya da sadəcə olaraq "Həyat Təhrir əl-Şam"ın simasında de-fakto hakimiyyətə qarşı qiyam qaldırmağa çalışırlar.

Hadisələrin inkişafı göstərir ki, sahilyanı əyalətlərdəki sabitliyin pozulmasının arxasında İran dayanır. Bu da təsadüfi deyil. Çünki Suriyanın indiki hakimiyyəti birmənalı şəkildə İranla ünsiyyətdən qaçır. Halbuki, Bəşər Əsədlə rəsmi Tehranın çox dərin əlaqələri vardı.

Əsəd rejimini müdafiə edib, ona hərtərəfli yardım edən iki ölkədən biri İran idi. Ona görə də Əl-Şaraa hakimiyyəti molla-fars rejiminə heç cür sərf eləmir. Amma digər region ölkələri kimi Suriya da İranın strateji maraq dairəsindədir. Bu maraqların içində siyasi, iqtisadi və hətta təriqət məsələlər var.

Qərb də Əl-Şaraadan narazıdır

ABŞ-ın başı prezident seçkilərinə qarışdığı üçün Suriyada rəsmi Vaşinqtonun iradəsindən kənar hadisələr baş verdi. Baxmayaraq ki, rusiyameyilli Bəşər Əsədin devrilməsi həm Ağ Evdəkilərin, həm də aparıcı Avropa dövlətlərinin maraqlarına uyğun idi. Bəlkə də buna görə Qərb dekabrda ancaq müşahidəçi rolunda çıxış etdi.
 

Lakin zamanla Qərb Suriyadakı proseslərə müdaxilə etmək istədi. Amma Əl-Şaraanın Qərbdən daha çox ərəb dövlətləri və hətta Türkiyə ilə ünsiyyət qurması həm ABŞ, həm də Aİ-ni narahat etməyə başladı. Ona görə də Qərb Yaxın Şərqdəki əsas “peşkaları” İsrail və İran vasitəsi ilə Əl-Şaraaya ilk mesajlarını verdilər. Lakin cavabsız qalan mesajlar Qərbi qəzəbləndirdi və İranın iştirakı ilə Suriyada münaqişənin yenidən alovlanmasına göstəriş verdi.


Bu gün “əsəd tərəfdarları” üsyankar kimi göstərilir. Amma bu reallıqdan çox uzaqdır. Çünki Bəşər Əsədin Suriyada sosial dayaqları yoxdur. Sadəcə Qərbin göstərişi və İranın maliyyə dəstəyi ilə bir qrup silahlı Əl-Şaraa dirəniş göstərmək istəyir.

Bu dirəniş o zaman uğurlu və uzun müddətli ola bilər ki, Əl-Şaraa ABŞ-la gizli danışıqlar masasına oturmasın. Nəzərə alaq ki, son zamanlar ABŞ rəsmiləri Səudiyyə Ərəbistanına tez-tez gəlirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Marko Rubio martın 10-12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək. Bu səfərdə əsas müzakirə məsələnin Ukrayna münaqişəsi olacağı deyilsə də, hədəf Suriyadır. Çünki Ukrayna problemi heç zaman Yaxın Şərq üçün önəmli məsələ olmayıb. Axı, Yaxın Şərqin Ukraynadan da vacib problemləri var. Fələstin-İsrail münaqişəsi, Suriya və digər problemlər Yaxın Şərq üçün önəmli məsələdir.

Bir sözlə, Suriyada silahların yenidən “danışmasının” yeganə səbəbkarı Qərb və onun regiondakı əlaltılarıdır.

Bu məsələdə Türkiyə faktoru da var. Məlumdur ki, Suriyanın yeni hökuməti ilə rəsmi Ankaranın yüksək səviyyəli münasibətləri var. Üstəlik, Türkiyə Suriya ərazisindəki silahlı qruplaşmaların ləğvində aktiv rol oynayır. Məhz bu və digər səbəblərdən Qərb və onun regiondakı əlaltıları Türkiyənin artan nüfuzunun qarşısını almaq istəyirlər.
 

Təsadüfi deyil ki, Suriyada baş verənləri nə Qərb, nə də Rusiya pisləyir. İran isə təbii ki, üsyançılara açıq dəstək nümayiş etdirir.


Yalnız Türkiyə qonşu dövlətdə baş verənlərdən narahatdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniya, İraq, Livan və Suriyanın XİN rəhbərləri ilə birgə mətbuat konfransında deyib ki, Laziqiyyə hadisələri Suriya hökumətinin həftələrdir heç bir təxribat olmadan yürütdüyü siyasətin son günlər bir təxribatla məcrasından çıxarılmağa çalışıldığını göstərir. O, region ölkələrinin və Türkiyənin Suriyada sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləmədiyini vurğulayıb.

Bəs, üsyançıların arxasında dayanan güclər nə zaman üzə çıxacaq?

Bunu da yaxın günlərdə görəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Nəsimi metrosunun yaxınlığında güclü yanğın – VİDEO

Nəsimi metrosunun yaxınlığında güclü yanğın – VİDEO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” – ÖZƏL

Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” – ÖZƏL

Orta illik inflyasiya ilə bağlı PROQNOZ

Orta illik inflyasiya ilə bağlı PROQNOZ

Rəmişin qardaşı vəfat etdi – FOTO

Rəmişin qardaşı vəfat etdi – FOTO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi

Ötən gün axtarışda olan 101 nəfər TUTULUB

Ötən gün axtarışda olan 101 nəfər TUTULUB

General oğlu vəzifəsindən azad edildi

General oğlu vəzifəsindən azad edildi

Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI – FOTO

Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI – FOTO

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə başa çatdı – FOTO

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə başa çatdı – FOTO

Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Sürücüsüz avtomobillər Azərbaycana gəlir?

Sürücüsüz avtomobillər Azərbaycana gəlir?

İlin yeddi ayında ödənilən müavinət və təqaüdlərin MƏBLƏĞİ

İlin yeddi ayında ödənilən müavinət və təqaüdlərin MƏBLƏĞİ

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pislədi

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pislədi

Könül Qasımova yenidən həbs olundu

Könül Qasımova yenidən həbs olundu

Obyekt almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərdə kəskin azalma var?

Obyekt almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərdə kəskin azalma var?

Rusiya Xarkovu raketlə vurdu: Ölənlər var – VİDEO

Rusiya Xarkovu raketlə vurdu: Ölənlər var – VİDEO

End of content

No more pages to load

RADİO