Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, 28 May Mədəniyyət evində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi.

Bizim.Media xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, İdarə-müəssisə və təşkilat rəhbərləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Qubadlı Təhsil sektorunun əməkdaşları, Qubadlı rayon ümumtəhsil məktəblərinin müəllim kollektivləri iştirak edirdilər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və dövlət müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək, onlara can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı. Qeyd olundu ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir.
 

Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur.

 

Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi:

“Müəllimlik peşəsi hər zaman ən yüksək zirvədə olan peşədir”.

Bu gün də dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Tədbirdə məruzə ilə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva bildirildi ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları icra olunub. Bu proqramlar məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımların atılmasına imkan yaradıb. Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir.

Qeyd olundu ki, bugünədək rayonumuzda fəaliyyət göstərən 10 müəllim “Tərəqqi” medalına, 12 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Cari ildə rayonun bir sıra təhsil müəssisələri qəbul imtahanlarında yüksək nəticələr göstəriblər. Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbində 9 şagird məzun adını qazanıb, onlardan 6-sı ali məktəblərə sənəd verərək hər biri tələbə adını qazanıb.

Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbini bitirən 10 nəfərdən 7-si ali məktəblərə sənəd verib və onların hamısı qəbul olunub. İsmət Qayıbov adına Saray kənd tam orta məktəbində sənəd verən 9 məzunun hər biri, Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbində isə sənəd verən 20 nəfərin hamısı tələbə adını qazanaraq 100 faizli nəticə göstəriblər. Ümumilikdə, cari ildə 808 məzundan 638 nəfəri sənəd verib, onlardan 464 nəfəri ali məktəblərə qəbul olunub.

Qəbul imtahanlarında iştirak edən məzunlardan 54 nəfəri 500–600 arası, 32 nəfəri isə 600–700 arası bal toplayıb. Bu il rayon üzrə qəbul faizi 73,72% təşkil edib.
 

Rayon üzrə ən yüksək nəticəni Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbinin məzunu Məhərrəmli Aysu Sakit qızı göstərərək 697,5 bal toplayıb. Həmçinin, bu il qürurverici hallardan biri də rayon məzunlarından 8 nəfərin Qarabağ Universitetinə yüksək bal ilə qəbul olmasıdır. Qeyd olunan uğurlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

 

Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov və digər təhsil işçiləri həm məcburi köçkünlük dövründə onlara tədris üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya, həm də işğaldan azad olunmuş rayonumuzda qısa müddətdə görülmüş işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova öz minnətdarlıqlarını bildirdilər və fəaliyyətlərinin işğaldan azad olunmuş torpaqlarımızda davam etdirilməsini arzuladılar.

Sonda fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlar təqdim olundu.

Tədbir konsert proqramı ilə davam etdirildi.






 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

End of content

No more pages to load

RADİO