Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir.

Bakıda bəzi iri ticarət mərkəzlərində alıcıların kassirə müraciət etmədən ödəniş etməsinə imkan verən özünəxidmət kassaları quraşdırılıb. Növbədə gözləmək əvəzinə alıcı özü kassa aparatına yaxınlaşaraq ödənişini tamamlayır. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir.

Maraqlıdır, bu texnologiyanın yayılması kassirlərə olan tələbatı gələcəkdə dəyişə bilərmi? Ümumiyyətlə, Bakı mağazaları bu dəyişikliyə nə dərəcədə hazırdır və alıcılar özünəxidmət kassalarına necə yanaşırlar?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Texnologiyanın tətbiqi və iqtisadi səmərəlilik

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov "Kaspi" qəzetinə bildirdi ki, bəzi üzv şirkətlər artıq özünəxidmət kassalarından istifadə edir.

İqtisadi nəticə isə mağazanın formatından, müştəri axınından və alış-veriş səbətinin həcmindən asılıdır:

"Qiymətləndirmədə yalnız əməkhaqqı deyil, avadanlıq, proqram təminatı, texniki xidmət və təlim xərcləri də nəzərə alınmalıdır. Alıcıların uyğunlaşması barədə bütün bazar üçün vahid göstərici söyləmək düzgün olmaz. Burada əsas amillər sistemin sadəliyi, ödənişin sürəti və ehtiyac yarandıqda əməkdaşın köməyidir. Müştəri texnologiyanı yeniliyinə görə deyil, yaratdığı rahatlığa görə seçir".

"Əsas məqsəd növbələri azaltmaqdır"

A.İmanovun sözlərinə görə, sistemin tətbiqində əsas hədəf növbələri azaltmaq, alıcıya əlavə seçim vermək və xidmətin təşkilini yaxşılaşdırmaqdır:

"Bir neçə müştəri alış-verişini paralel tamamlaya, əməkdaş isə köməyə ehtiyacı olanlara dəstək göstərə bilər. Lakin avtomatlaşdırma bütün xərclərin avtomatik azalması demək deyil. Xüsusilə nağdsız ödənişlə işləyən özünəxidmət kassalarında bank komissiyaları iqtisadi səmərəliliyə birbaşa təsir edir. Ənənəvi kassada kartla ödəniş zamanı da komissiya tutulur, lakin nağdsız özünəxidmət modelində bu xərc həmin kassanın bütün dövriyyəsinə şamil olunur. Şəbəkə xidmətini sürətləndirmək üçün sərmayə qoyur, artan bank komissiyaları isə əldə olunan qənaəti azaldaraq investisiyanın özünü doğrultma müddətini uzada bilər".

"Kassirlərə ehtiyac var"

Kassir ştatlarının gələcəyi haqqında danışan sədr vurğuladı ki, ayrı-ayrı mağazalarda kassir ştatlarının azalmasını tam istisna etmək olmaz, lakin özünəxidmət kassası əməkdaşsız mağaza demək deyil:

"Müştəriyə kömək, qiymət və endirim uyğunsuzluqlarının həlli, ödənişin tamamlanması və prosesə nəzarət üçün hazırlıqlı əməkdaşlara ehtiyac qalır. Bizim yanaşmamız əməkdaşların yeni funksiyalara hazırlanması, məsləhətçi, nəzarətçi və müştəri xidməti istiqamətlərində bacarıqlarının artırılmasıdır. Məqsəd yalnız işçi sayına qənaət deyil, insan resurslarından daha səmərəli istifadə olmalıdır".

Əsas çətinliklərdən də danışan birlik sədri bildirdi ki, ilkin investisiya, texniki xidmət, qiymət, endirim və çəki ilə satılan məhsulların sistemdə düzgün işlənməsi, eləcə də istifadə vərdişləri əsas maneələrdəndir:

"Maliyyə baxımından nağdsız ödəniş tariflərinin yüksəkliyi və dəyişkənliyi genişlənməni çətinləşdirir. Nağdsız ödənişlərin inkişafını dəstəkləyirik, lakin bu prosesin biznes üçün iqtisadi cəhətdən davamlı olması vacibdir. Daha aşağı komissiyalı həllərin, o cümlədən AZQR əsaslı ödənişlərin rahat inteqrasiyası buna dəstək verə bilər".

"Vətəndaşın seçim hüququ qorunmalıdır"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov özünəxidmət kassalarının fəaliyyətinin əhəmiyyətli olduğunu, lakin onların tətbiqi ilə bağlı problemlərin mövcudluğunu bildirdi.

AİB sədrinin sözlərinə görə, texnoloji yeniliklərin tətbiqinə ilk növbədə mağazalardakı tərəvəz və meyvə şöbələrindən başlamaq lazımdır. Çünki ən çox şikayətlər məhz bu sahədən daxil olur:

"Bizə daxil olan şikayətlər göstərir ki, vətəndaş 86 qəpiyə badımcan aldığı halda, kassada onun çekinə 36 manatlıq başqa bir ekzotik məhsulun qiyməti vurulur. Bu cür xətaların qarşısını almaq üçün sistemdə aydın təlimatlandırıcı mexanizm olmalı, istehlakçıya kömək edəcək cavabdeh mütəxəssislər ayrılmalıdır. Bununla yanaşı, ənənəvi kassaların ləğv edilməsinin tərəfdarı deyiləm, çünki vətəndaşın seçim hüququ qorunmalıdır".

"Proqram təminatı qida təhlükəsizliyinə də nəzarət edə bilər"

Eyyub Hüseynov vurğuladı ki, müasir proqram təminatları marketlərdə yalnız satışı deyil, həm də qida təhlükəsizliyini təmin etməlidir.

O, xüsusi proqramların Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) serverinə inteqrasiya olunmasını təklif edir:

"Müasir texnologiya elə tənzimlənməlidir ki, yararlılıq müddəti bitmiş mal kassadan keçə bilməsin. Əgər bu proqramlar AQTA-nın bazasına inteqrasiya olunarsa, agentlik hansı marketdə nə qədər vaxtı keçmiş mal qaldığını rahatlıqla izləyə bilər".

Eyyub Hüseynov AİB-ə daxil olan şikayətlərlə bağlı statistikanı da açıqladı:

"AİB-ə gələn şikayətləri təhlil etdikdə məlum olur ki, Azərbaycan istehlakçıları almadıqları mallar üçün il ərzində təxminən 500 milyon manat artıq pul ödəyirlər".

"İstehlakçı hüquqlarının qorunması əsas şərtdir"

Eyyub Hüseynov sonda bildirdi ki, texnologiyaların tətbiqi təqdirəlayiq olsa da, istehlakçı hüquqları hər zaman ön planda tutulmalıdır. Bu məqsədlə 1995-ci ildə qəbul olunmuş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun müasir dövrün və texnologiyaların tələblərinə uyğun olaraq yenidən işlənməsi vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

End of content

No more pages to load

RADİO