Güclənən qardaşlıq BAĞLARI – Azərbaycan-Türkiyə münasibətlərində YENİ SƏHİFƏ

Xəbər verdiyimiz kimi martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videoformatda qatıldığı bu mərasim Türkiyə-Azərbaycan əlaqələrində yeni bir səhifədir. Çünki bu layihə birbaşa olaraq iki ölkə iqtisadiyyatını daha sıx şəkildə bir-birinə bağlayır.

Əməkdaşlıqda yeni səhifə

Əgər əvvəllər Türkiyə Azərbaycan üçün bir tranzit ölkəsi idisə, artıq İğdır-Naxçıvan layihəsindən sonra vəziyyət tam fərqli forma alır. Daha dəqiq desək, iki ölkənin iqtisadi-sosial həyatı bir-birinə inteqrasiya edir. Bu layihə iki ölkə iqtisadiyyatının bir platformaya çıxarılmasında ilk addımdır. Bu həm də Türk dünyasının iqtisadi həyatı üçün bir başlanğıcdır.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində bunu xüsusilə qabardıb:

“Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”.

Yəqin ki, bundan sonra həm Türkiyə, həm də digər Türk dövlətləri ilə birgə iqtisadi layihələri daha çox görəcəyik. Bu isə Türk dövlətləri üçün yeni imkanlar açır, böyük perspektivlər vəd edir.

İğdır-Naxçıvan qaz kəmərinin strateji önəmi

Bu kəmərin təməli 25 sentyabr 2023-cü ildə Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib  Ərdoğan tərəfindən qoyulmuşdu. Tikinti işləri cəmi 1,6 ilə uğurla başa çatdırıldı.

Etiraf etməliyik ki, İğdır-Naxçıvan qaz kəməri region üçün strateji əhəmiyyət daşıyır. Bu layihə, ilk növbədə, Naxçıvanın enerji təminatını yaxşılaşdıraraq qaz təchizatının dayanıqlılığını artıracaq. İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr olan boru kəmərinin 17,5 kilometri Azərbaycanın, 80 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını əsasən ödəyir. Bununla da muxtar respublikanın yalnız bir mənbədən asılılığı aradan qalxacaq, enerji tədarükü şaxələnəcək və enerji təhlükəsizliyi daha da möhkəmlənəcək.

Nəzərə alaq ki, əvvəllər İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq.

Bu addım, eyni zamanda, Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığını daha da gücləndirir. İran üçün isə bu kəmərin istifadəyə verilməsi iqtisadi və siyasi təsir alətlərindən birinin zəifləməsi deməkdir. İndiyə qədər İran Naxçıvanın qaz təminatında mühüm rol oynayırdı və bu mövqedən istifadə edərək Azərbaycanla münasibətlərdə təzyiq vasitəsi kimi çıxış etməyə səy göstərirdi. Lakin yeni kəmərin işə düşməsi ilə İranın bu təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq.

Uduzan yenə Ermənistan oldu

Ermənistan növbəti dəfə mühüm bir regional layihədən kənarda qaldı. Regionun nəqliyyat və enerji şəbəkələrinə inteqrasiya əvəzinə destruktiv siyasət yürüdən bu ölkə dalana dirənib.

Halbuki İrəvan konstruktiv yanaşma nümayiş etdirməklə Cənubi Qafqazda əməkdaşlıq imkanlarından faydalana bilərdi. Lakin Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşan bu və digər irimiqyaslı layihələr Ermənistanın regional iqtisadi və enerji əməkdaşlığından daha da təcrid olunmasına gətirib çıxarır.

Nəticə etibarilə, İğdır–Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini gücləndirən, Azərbaycanın enerji strategiyasını möhkəmləndirən və regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir.

Layihənin regional əhəmiyyəti

Bu layihə həm də region dövlətlərinə və beynəlxalq aləmə bir mesajdır ki, Azərbaycanla Türkiyə ancaq regionun rifahı və sabitliyi üçün çalışır. Təsadüfi deyil ki, mərasimdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü ilə bağlı paylaşımında qeyd edib:

“Türkiyə-Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Biz sadəcə olaraq regionumuzda sülh istəyirik, əməkdaşlıq, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülh, firavanlıq və əmin-amanlıq üçün hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”.

Ona görə də İğdır-Naxçıvan qaz kəmərinin açılışı sosial layihədən daha çox geosiyasi hadisədir. Bu layihə regionda yeni reallıqlar yaradacaq və həm Azərbaycanın, həm də Türkiyənin siyasi-iqtisadi gücünə yeni güc qatacaq.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Nəsimi metrosunun yaxınlığında güclü yanğın – VİDEO

Nəsimi metrosunun yaxınlığında güclü yanğın – VİDEO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” – ÖZƏL

Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” – ÖZƏL

Orta illik inflyasiya ilə bağlı PROQNOZ

Orta illik inflyasiya ilə bağlı PROQNOZ

Rəmişin qardaşı vəfat etdi – FOTO

Rəmişin qardaşı vəfat etdi – FOTO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi

Ötən gün axtarışda olan 101 nəfər TUTULUB

Ötən gün axtarışda olan 101 nəfər TUTULUB

General oğlu vəzifəsindən azad edildi

General oğlu vəzifəsindən azad edildi

Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI – FOTO

Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI – FOTO

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə başa çatdı – FOTO

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə başa çatdı – FOTO

Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Sürücüsüz avtomobillər Azərbaycana gəlir?

Sürücüsüz avtomobillər Azərbaycana gəlir?

İlin yeddi ayında ödənilən müavinət və təqaüdlərin MƏBLƏĞİ

İlin yeddi ayında ödənilən müavinət və təqaüdlərin MƏBLƏĞİ

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pislədi

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pislədi

Könül Qasımova yenidən həbs olundu

Könül Qasımova yenidən həbs olundu

Obyekt almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərdə kəskin azalma var?

Obyekt almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərdə kəskin azalma var?

End of content

No more pages to load

RADİO