"Nürnberq məhkəməsi"nin növbəti prosesi KEÇİRİLDİ - FOTO

Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

MÖVZU İLƏ BAĞLI:

Harutyunyan ifadə verdi: “Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur”


Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.

Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.

Məhkəmədə Davit Babayanın vəkili vəsatətlə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib.

Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.

Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.

Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.

Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var: “Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur...

Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”. 

Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır:

“Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”.

Zərərçəkmişin nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar:

“Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəsi qalır”.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib:

“Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.

İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş edib. Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.






































































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

Azərbaycan dilindən imtahan olacaq

Azərbaycan dilindən imtahan olacaq

Messinin komandası məğlub oldu - VİDEO

Messinin komandası məğlub oldu - VİDEO

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Bu gün rezidenturaya qəbul imtahanı var

Bu gün rezidenturaya qəbul imtahanı var

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

End of content

No more pages to load

RADİO