Moldova ərazisinə beş dəfə hava hücumunun olduğu açıqlanıb.
Bizim.Media xəbər verir ki, Moldova Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 3-də səhər saatlarında ölkənin hava məkanı qısa müddət ərzində beş hava obyekti tərəfindən pozulub.
İlkin olaraq nazirlik beş pilotsuz uçuş aparatının ölkə ərazisinə daxil olduğunu bildirsə də, daha sonra məlumat dəqiqləşdirilib. Bildirilib ki, təxminən saat 07:45-dən 08:00-dək Moldova üzərindən üç raket və iki PUA keçib.
Moldova Prezidenti Maya Sandu isə ölkənin hava məkanına daxil olan raketlərin “Banderol” tipli qanadlı raketlər olduğunu açıqlayıb.
Ölkənin bir neçə rayonundan partlayış səsləri barədə məlumat daxil olub. Bundan sonra polis və hərbçilər ehtimal olunan düşmə ərazilərini araşdırmağa başlayıblar.
PUA qalıqları bir neçə ərazidə aşkarlanıb. Ən azı iki halda partlayışlardan sonra yanğın baş verdiyi bildirilib.
Qeyd olunur ki, Moldovada bu cür hadisələr daha əvvəl də baş verib. Lakin hazırkı insident miqyasına görə fərqlənir.




Bizim.Media