“Qəbələ” milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə növbəti yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Qəbələ şəhər stadionunda Yaponiyanın U-20 millisi ilə qarşılaşıb. Görüş Yaponiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komanda sentyabrın 27-si “Karvan Yevlax”la üz-üzə gəlib və qosluz heç-heçəyə razılaşıb.
Xatırladaq ki, "Qəbələ" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 10-da səfərdə "Sumqayıt" ilə qarşılaşacaq.
Bizim.Media