Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda özünə iş axtaran şəxs dələduzluğa məruz qalıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 34 yaşlı Tamerlan İbadov (şərti adla) məşhur saytların birində dələduzluq məqsədilə saxta iş elanı paylaşıb. 

Özünə iş axtaran Vüsal adlı şəxs həmin elanın ciddi olmasına inanıb və Tamerlanla əlaqə saxlayıb.
 

Tamerlan Vüsalı neft şirkətlərinin birində mühafizəçi işinə düzəldəcəyinə dair söz verib. Lakin bunun üçün zərərçəkəndən əvvəlcə sənədlər üçün 245, sonra isə guya ki, düzəldəcəyi mühafizəçi işinin geyim forması üçün 270 manat pul alıb.


Bundan sonra da həmin gün ərzində əlavə olaraq Vüsalın 570 manatını da alıb. Amma Tamerlan söz verdiyi kimi, Vüsalın adından neft şirkətinə işlə bağlı müraciət etməyib, pulları isə öz şəxsi ehtiyaclarına sərf edib.

Aldandığını görən Vüsal hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Tamerlan İbadov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.
 

Zərərçəkən şəxs isə ifadəsində ona 1085 manat ziyan dəydiyini və Tamerlana qarşı şikayətçi olduğunu deyib. Zərərçəkənin sözlərinə görə, dəfələrlə təqsirləndirilən şəxsdən pulunu istəsə də, müxtəlif bəhanələrlə dəymiş zərəri geri qaytarılmayıb. Vüsal Tamerlana ən ağır cəzanın verilməsini xahiş edib.


Məhkəmənin hökmü ilə T. İbadov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Araşdırma zamanı məlum olub ki, Tamerlan İbadov əvvəllər də dələduzluqda ittiham olunaraq Göyçay rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO