İran Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Minskdə keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasında ittifaqı regional iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm platforma adlandırıb.
Onun sözlərinə görə, İran çoxtərəfli əməkdaşlığı və dövlətlərin bərabərhüquqlu tərəfdaşlığını dəstəkləyərək Aİİ-nin fəal tərəfdaşı kimi çıxış etmək niyyətindədir.
Bizim.Media