Quba-Xınalıq yolunda növbəti dəfə torpaq sürüşməsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yolun 30-cu km-də bir neçə gün əvvəl baş verən sürüşmə yenidən qeydə alınıb.
Sürüşmə səbəbindən yolda hərəkət tam dayanıb. Xınalıq kəndi və həmin istiqamətdə yerləşən 8 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Hazırda yol təsərrüfatı işçiləri yolun açılması istiqamətində işlərə başlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu