Lionel Messinin yeni sahibi olduğu “Eldense” böyükhesablı qələbə qazanıb.
Bizim.Media xəbər verir ki, Sequnda təmsilçisi doğma meydanda "Ovledo" komandasını qəbul edib.
"Nuevo Pepico Amat" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Messi matçdan sonra İnstaqramda qarşılaşmanın yekun hesabının əks olunduğu fotonu paylaşıb. O, paylaşımına “İrəli, Eldense!” şərhini yazıb.
Qeyd edək ki, “Eldense” oktyabrın 1-də klubun Messi tərəfindən satın alındığını açıqlayıb.

Bizim.Media