İlham Əliyev Filippinin yeni səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Sonra dövlət başçısı səfirlə söhbət edib. 

Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını dövlətimizin başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib. 

Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin turizm, investisiyalar sahələrində əməkdaşlığa və insanlar arasında təmaslara toxunub, hökumət nümayəndə heyətlərinin səfərlərinin önəmini vurğulayıb. 
Səfir Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük bir irs qoyduğunu və ölkəmizin bu Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını qeyd edib. 

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Henri Jr. Bensurto Filippinin də bu tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını deyib. 

Dövlət başçısı ölkəmizin həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi ilə bağlı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib. 

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı COP29 çərçivəsində Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və körpülərin qurulmasına çalışacağını vurğulayıb. 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

End of content

No more pages to load

RADİO