“Bu gun cəmiyyətin müzakirə etdiyi məsələlərin 50 faizdən çoxu şagird haqqında yox, digər məsələlər barədədir.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında bildirib.
Nazirin sözlərinə görə, 45 dəqiqənin, günün, ayın sonunda məktəb və valideyn əmin olmalıdır ki, şagird öyrənir. "Şagirdlər öyrənirmi" sualını cavablandırmadan başqa məsələləri müzakirə etmək doğru deyil.
"Təhsilin əlçatan, keyfiyyətli və hər bir vətəndaş üçün bərabər imkanlar baxımdan eyni olmasına çalışırıq. PISA nəticələri göstərir ki, irəli getmək üçün işlərimiz çoxdur".
Nazir qeyd edib ki, qarşıda iki seçim var: ya özünütənqid və inkişaf, ya da bir-birimizi tərifləmək.
Fəridə, Bizim.Media