Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal filialının mütəxəssisləri məlumat veriblər.
Yeraltı təkanlar oktyabrın 5-də, bazar ertəsi, yerli vaxtla saat 06:54-də (Bakı vaxtı ilə 02:54-də) qeydə alınıb.
Zəlzələnin maqnitudası Rixter şkalası üzrə 4,1-ə çatıb. Seysmoloqlar bunu episentr ərazisində cüzi dağıntılara səbəb ola biləcək hiss olunan zəlzələ kimi qiymətləndirirlər.
Bizim.Media