Özəl məhkəmə eksperetləri vergiyə cəlb olunacaqlar.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək və 10 faiz dərəcə ilə vergi tutulacaq.
Həmçinin, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaq, gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri sığortalı qismində özləri çıxış edəcəklər.
Günay Şahmar, Bizim.Media