Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Hər kəs övladını ilk dəfə məktəbə aparanda qəribə bir hiss keçirir. Sanki illərlə yalnız sənin qoruduğun, hər addımını izlədiyin övladını bir neçə saatlıq başqa bir insana, üstəlik də yaxından tanımadığın birinə əmanət edirsən. Bununla da həmin şəxsə övladının əlindən tutmağı, yazmağı, oxumağı öyrətməkdən daha böyük bir məsuliyyət verirsən.

Çünki müəllim bir uşağın yalnız biliyinə deyil, xarakterinə də toxunur.

Övladımın müəllimi ilə heç bir ay deyil tanış olmuşuq, amma onu görəndə bəzən düşünürəm: Görəsən, uşağımın mənim görə bilmədiyim hansı tərəfini görür? Hansı səhvini səbrlə düzəldir? Hansı qorxusunu aradan qaldırır? Bəlkə də müəllimliyin ən gözəl tərəfi elə budur – bir uşağın həyatında valideynindən sonra ən çox iz buraxan insanlardan biri olmaq.
 

Məncə müəllimlik yeganə peşədir ki, hətta özünü də özündən olan biri yetişdirir. Mənə elə bir peşə göstərin ki, orada müəllim əməyi olmasın. İstər həkim, istər hakim, rəssam, musiqiçi, usta, mexanik və s. Demək olar ki, bütün peşələrin təməlində hansısa müəllimin əməyi dayanır.


Onların nə qədər dəyərli işlə məşğul olduqlarını illər keçdikcə daha yaxşı anlayırıq. Zamanla başa düşürük ki, əslində müəllimlərimiz bizə yalnız dərs demirmiş. Riyaziyyatdan məsələ həll etdirən müəllimin əslində bizə səbr öyrətdiyini, tarixdən dərs deyən müəllimin köklərimizə bağladığını, ədəbiyyatdan şeir, qəzəl əzbərlədən müəllimin bizim gələcəkdə ən sərt xarakterimizin altında belə sevgi və mərhəmət hisslərini qorumağımıza təsir etdiyini yaş aldıqca daha yaxşı anlayırıq.

Ola bilər, çoxumuz bu gün sinifdə öyrəndiyimiz düsturların, qaydaların hamısını xatırlamırıq. Amma bir müəllimin “sən bacararsan” deməsi illərlə yaddaşımızda iz buraxır.

Bəzən bir müəllimin vaxtında dediyi bir cümlə hər birimizin həyatının istiqamətini dəyişməyə qadir olub. Elə buna görə də müəllimlik olduqca məsuliyyətli və çox  çətin peşədir.

Onların bir vəzifəsi də şagirdinin bu gününü deyil, sabahını düşünməkdir. Axı qarşısında oturan uşağın gələcəkdə kim olacağını bilmir. Həkim də ola bilər, jurnalist də, dərzi də, müəllim də... Amma onun həyatında kiçik bir izinin qalacağından əmindir.
 

Bəzən müəllimlərdən çox şey tələb edirik. Onlardan həm yaxşı pedaqoq, həm psixoloq, həm də uşağın problemlərini anlayan insan olmasını gözləyirik. Amma həyatlarımıza toxunan bu şəxslərin də yorulduğunu, onların da diqqətə, hörmətə və xoş sözə ehtiyacı olduğunu unuduruq.


Odur ki, peşə bayramlarında müəllimlərə gül göndərmək, hədiyyə almaq və təbrik yazmaqla yanaşı, səmimi şəkildə “Əziyyətiniz üçün sağ olun” demək də mütləqdir. Axı onların da bu diqqətə ehtiyacı var, həm də ildə bir dəfə yox.  Məncə, bir pedaqoq üçün ən böyük hədiyyə illər sonra qarşısına çıxan şagirdinin “Müəllim, sizi xatırlayıram” deməsidir. Yaddaşlarda iz buraxan müəllim olmaq üçün onların kifayət qədər zəhməti və məsuliyyəti var. Onlara bir təşəkkürü çox görməyək.

Və sonda övladlarımızı hər gün etibar etdiyimiz bütün müəllimlərə xitabən:

“Sizə əmanət etdiyimiz uşaqlar üçün göstərdiyiniz səbrə, zəhmətə və sevgiyə görə təşəkkür edirik. Müəllimlər Gününüz mübarək!”

Ülviyyə Fərhad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

End of content

No more pages to load

RADİO