ABŞ-ın Zəngəzur planının PƏRDƏARXASI – Zərdüşt Əlizadənin ŞƏRHİ 

Zəngəzur dəhlizinin açılması bir sıra xarici dövlətlərin də diqqət mərkəzindədir. Bu dövlətlər arasında Çin, Rusiya, İran kimi ölkələrlə yanaşı, ABŞ-da aktivlik nümayiş etdirir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn da bu məsələyə toxunub:

“ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin. Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyacımız var”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın dövlət kimi varlığı Zəngəzurdan keçir - AŞKAR SƏBƏBLƏR


Maraqlıdır ki, sözügedən açıqlamanın müəllifi olan Obrayan bu gün Azərbaycana gəlib. 
Görünən odur ki, Vaşinqtonun Zəngəzur dəhlizi açılmasına marağı artıb. Ən azından ABŞ rəsmilərinin regiona artan səfərləri belə düşünməyə əsas verir. ABŞ Rusiya asılılığından qurtulmağın əsas yolu kimi Zəngəzur dəhlizini görürür. Bu dəhlizin fəaliyyətə başlaması ilə ABŞ həm Rusiyanın tranzit imkanlarını məhdudlaşdıracaq, həm də Qərbin enerji təhlükəsizliyinə yeni töhfə veriləcək.

“ABŞ öz maraqlarını düşünür”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Vaşinqtonun Zəngəzur dəhlizinin açılmasında əsas istəyi özünün dövlət marağının təmin edilməsinə nail olmaqdan ibarətdir: 

“ABŞ-ın dəhlizin açılması, habelə Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasının tezləşdirilməsində maraqlı olması onun bölgəmizdə dünya gücləri arasında gedən rəqabətdə əsas rola malik olmaq, regiona nəzarəti öz əlinə keçirmək niyyətilə bağlıdır. Hazırda bölgəmiz uğrunda Qərbdən başqa, Rusiya, Çin, qonşu İran da mübarizə aparır. Hər bir tərəf çalışır ki, bölgəyə nəzarət əsasən onun əlində olsun.

ABŞ da prosesdə aktiv olmaqla bölgədəki nüfuzunu, təsirini gücləndirməyə çalışır. Onun Zəngəzur dəhlizinin açılması istəyi xoşniyyətli olacaqsa, buyursunlar. Amma sirr deyil ki, digər maraqlar kimi, ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında maraqlı olması ilk növbədə onun özünün dövlət maraqlarının təmin edilməsilə bağlıdır. 
Vaşinqton üçün Azərbaycan və Ermənistanın dəhlizin açılmasından nə udacaqları qətiyyən maraqlı deyil. Burada əsas məsələ ABŞ-ın dövlət maraqlarıdır. Onun dövlət marağı isə özünün bölgədəki nüfuz və təsir dairəsinin genişlənməsinə nail olmaqdır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

End of content

No more pages to load

RADİO