Əbədi missiya – 106 ilin işığında 

Biz uşaq olanda bir anın içində hər şey dəyişdi: Bir gün silahlı atışma səsləri eşitdik, sonrakı gün qazımız kəsildi, ertəsi işığımız, birigün yolumuz, sonra çörəyimiz... hər şey bir göz qırpımında kəsilə-kəsilə getdi...

Bununla bərabər, ümidlərimiz, arzularımız da azala-azala, yox ola-ola gedirdi. Həmişə işə tələsən qonum-qonşular, doğma-əzizlər indi Gərməçatağı, Buzqovu, Şadanı müdafiə etməyə tələsirdilər. Silah-sursatsız, ov tüfəngləri və sınıq-salxaq avtomatlarla... Hər kəsdə yüksək əzm, iradə, böyük vətən sevgisi var idi. Bircə bizi qoruyacaq, düşməni yerində oturdacaq ordumuz yox idi...

Bir az keçəcək, ulu öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıdacaq, ilk milli ordu qurumlarını yaradacaq, rus qoşunlarını silah sursatını təhvil vermək şərti ilə qədim diyardan çıxaracaq, Naxçıvanı işğal və məhv olmaq təhlükəsindən xilas edəcək, bununla da cəbhədə ağır məğlubiyyətlərə düçar olan  Azərbaycanın 30 ilə sığan və 44 günə başa çatan müzəffər yürüşü başlayacaqdı.
...Sabah biz Silahlı Qüvvələrimizin yaradılmasının 106 illiyini qeyd edəcəyik. Heç şübhəsiz, Vətən müharibəsindəki şanlı qələbə bu 106 illik tarixin zirvəsidir.  Suverenlik, Qarabağa, Şərqi Zəngəzura qayıdış təsdiq edir ki, silahlı qüvvələrimiz ən mürəkkəb və çətin relyef şəraitində döyüş aparmağa və istənilən uğurlu məntiqi sonluğa çatmağa qadirdir. Bu gün kərpic-kərpic tikilib qurulan, çiçəklənən bölgələrimiz həm də dövlət sərhədlərimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Silahlı Qüvvələrimizin əsəridir. Bu ordu həm də “Böyük Ermənistan” mifini, “yenilməz” erməni ordusu sərsəmliyini, dünya erməniçiliyini, diasporun milyardlarını, hər iki Qarabağ müharibəsində erməni əsgərlərinə xeyir-dua verən, onları təcavüzə, türk qisasına həvəsləndirən qara xaçlı komandirləri-şarlatan keşişləri, Balayanın “Ocaq” əsərini tarixin zibilliyinə atan, vaxtaşırı üstümüzə xoruzlanan Makron kimi  ədəbazlara yerini göstərən ordudur.

İndi Xankəndinin mərkəzi meydanında önündə keşiş kalonu gedən hərbi parad keçirilmirsə, deməli, biz tariximizdə ən böyük qələbəni qazanmışıq; əzmimiz, birliyimiz, vətənpərvərliyimiz, hər birimiz əsgər, hər birimiz komandir olmaq amalımızla...

Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız və ordumuz üzərinə düşən birinci missiyanı uğurla yerinə yetirdi. Və bizim ikinci, üçüncü, dördüncü və nəhayət əbədi missiyamız isə hələ bitməyib və həmişə davam edəcək.

Bu missiya milli maraqlar və dövlətçiliyimiz naminə əbədi birliyimiz, vətən və xalqımızın işıqlı sabahları yolunda yorulmadan, usanmadan çalışmağımız və daim gücləndirəcəyimiz Azərbaycanımızdır!

Bu gün ən gözəl təbrik müzəffər Ali Baş Komandana, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərinə düşür. Onlar səngər, döyüş qəhrəmanları, milli maraqların və hərbi təhlükəsizliyin qarantıdırlar. Və bir də əbədiyyət qəhrəmanlarımza: tarixi ədaləti bərpa edən, ərazi bütövlüyümüz naminə  canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə... 106 ilin işığında ruhunuz şad olsun,

QƏHRƏMANLAR!

Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Sahil Tahirli, “Naxçıvan MR Televizya və Radio Verilişləri” QSC-nin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO