Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Rusiyada yaşayan məşhur iş adamı, "Peton Holding"in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib üç milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçiriblər.

Bizim.Media xəbər verir ki, bir neçə il əvvəl baş verən bu hadisəyə görə indi daha iki nəfərə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirkarlardan biri - Hikmət Vəliyev xaricdə tutularaq ölkəyə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. Onunla birgə təqsirləndirilən Ramil Tağıyev isə məhkəməyə qədər azadlıqdadır.

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Nə baş verib?


Emin Axundovu əvvəlcə tanışı Ramil Tağıyev aldadıb. O, Axundovu inandırıb ki, rayonlardan birində özünə məxsus torpaq sahəsində istirahət kompleksi tikərək onun adına keçirəcək. Bu məqsədlə Ramil Emin Axundovdan ümumilikdə 870 min manat alıb. Lakin vədinə əməl etməyib, pulu şəxsi ehtiyaclarına xərcləyib.
 

Lakin məsələ bununla bitməyib. Sonradan biznesmenə qarşı şantaj başlayıb. Emin Axundovun külli miqdarda pula və çoxsaylı daşınmaz əmlaka sahib olduğunu öyrənən Ramil var-dövləti hədə-qorxu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə o, tanışı Hikmət Vəliyev və Emin Axundovun doğma əmisi oğlu Vüsal Axundovla sövdələşib.


Onlar Emin Axundov haqqında şəxsi, ailə və biznes məlumatları toplayaraq onu şantaj etməyə başlayıblar. Üçlük biznesmeni ailə üzvlərinin həyatı ilə hədələyərək ondan 20 milyon dollar pul tələb ediblər. Bu məbləğin üç milyon dollarını ələ keçirə biliblər. Amma şantaj bununla da bitməyib. Növbəti mərhələdə Emin Axundova məxsus bir neçə daşınmaz əmlak da hədə-qorxu ilə Hikmət Vəliyevin yaxın qohumlarının adlarına keçirilib.

Belə ki, Buzovna qəsəbəsində yerləşən və üç milyon manat dəyərində olan iki hektar torpaq sahəsi Hikmət Vəliyevin həyat yoldaşının, 1 milyon 380 min manatlıq torpaq sahəsi isə başqa qohumunun adına keçirilib. Bundan əlavə, Emin Axundovun Çexiyanın Karlovi Vari şəhərində yerləşən, 1.5 milyon manat dəyərindəki torpaq sahəsi, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 450 min manat dəyərində torpaq sahəsi və üzərindəki villa da biznesmenin əlindən alınıb.

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Ümumilikdə Emin Axundovdan alınan pul və əmlakın ümumi dəyəri 11 milyon manatdan çoxdur.
 

Bu cinayətdə iştirak edən zərərçəkmişin əmisi oğlu Vüsal Axundov hadisə baş verəndən qısa müddət sonra həbs edilib və 14 il azadlıqdan məhrum olunub.


Bir müddət əvvəl isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi üzrə istintaq yenilənib. Hazırda Hikmət və Ramil məhkəməni gözləyirlər. Təqsirləri sübuta yetirilsə, onları da 14 il həbs cəzası gözləyir.

Qeyd edək ki, zərərçəkmiş iş adamı Emin Axundov vaxtaşırı medianın gündəminə gəlib. Bir neçə il əvvəl onun Rusiyadan Bakıya çamadanlarla pul daşıdığı barədə məlumat yayılıb. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

End of content

No more pages to load

RADİO