Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində keçirilən "Karate 1 - A Seriyası" turnirində qızıl medal qazanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
İ.Zaretska 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bizim.Media