“Paşinyan bir addım irəli, iki addım geri atır” – Deputatların ŞƏRHİ 

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan atəşkəsin pozulması hallarının araşdırılması üçün Azərbaycanla birlikdə ikitərəfli mexanizmin yaradılmasını təklif edib. 

Bu barədə, o, Vətəndaş Müqaviləsi Partiyası təşəbbüs qrupunun Qafanda keçirilmiş iclasında Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatlarını şərh edərkən, deyib:

"Hesab edirəm ki, hər dəfə həqiqəti hərtərəfli müəyyən etmək üçün, o cümlədən beynəlxalq ictimaiyyət üçün, atəşkəs rejiminin Azərbaycanla birlikdə ikitərəfli araşdırma mexanizminin yaradılması pis olmazdı". 

Paşinyanın sözlərinə görə, tərəflərdən biri atəşkəs rejiminin pozulması haqqında məlumat verdiyi halda, yerində araşdırma mexanizmi işə salına bilər, həqiqi vəziyyət müəyyən edilər və tərəflər nizam-intizamın artırılması və sairə tədbirlər görə bilərlər.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 12-dən bəri Naxçıvan istiqamətində mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu bildirib, atəşkəsin azı 4 dəfə pozulması barədə məlumat yayıb.

Aydın məsələdir ki, Paşinyanın atəşkəsə nəzarət təşəbbüsü özünün müəyyən maraqlarına xidmət edir. 

Bu mənada maraqlıdır, Paşinyanın atəşkəsə birgə nəzarət təşəbbüsü nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistanda revanşizm həm müxalifət, həm də iqtidar daxilində güclü olduğundan mövcud reallıqda Paşinyan daxili auditoriyaya hesablanmış müəyyən siyasi manevrlər etməyə məcburdur: 

“Paşinyan prinsip etibarı ilə Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir. Çünki onun fərqindədir ki, sülh olmasa Ermənistanın gələcəyi və nicatı yoxdur. Ermənistan bu vəziyyətdə blokada vəziyyətindən çıxa bilməyəcək. 

Qonşularla, Azərbaycan və Türkiyə ilə münasibətlər qaydasına qoyulmadan Ermənistanın heç bir iqtisadi inkşafından söhbət gedə bilməz. Əksinə, bu fonda Ermənistanın iqtisadi fəlakəti daha da ağırlaşacaq. Bu mənada Paşinyan prinsip etibarı ilə sülh istəyir. Ancaq məsələ ondadır ki, o bir addım irəli, iki addım isə geri atır. 

Məsələnin mahiyyəti onunla bağlıdır ki, Ermənistanda revanşizm güclüdür. Revanşizm həm müxalifət sıralarında, həm də hakimiyyətin öz daxilində yer alıb. İndiki reallıqda Paşinyan məcburdur ki, daxili auditoriyaya hesablanmış müəyyən siyasi manevrlər etsin. Onu erməni maraqlarını guya Türkiyə və Azərbaycana satmaqda ittiham edirlər”. 

Həmsöhbətimizin fikrincə, belə olan vəziyyətdə, Paşinyan sülh prosesilə bağlı radikal addımlar ata bilmir: 

“Eyni zamanda Paşinyan bu günlərdə bəyan etdi ki, erməni xalqı müharibə istəmir. Bu dəfələrlə öz təsdiqini tapıb. 2020-ci ildə Paşinyan müharibədə biabırçı məğlubiyyətə uğradıqdan sonra 2021-ci ilin iyun parlament seçkilərində qalib gəldi. Erməni xalqı bunu Paşinyana sevgisindən etmədi. Sadəcə olaraq, erməni xalqı müharibə istəmirdi. Paşinyan da bunun fərqində idi. 

Erməni xalqı bilir ki, müharibə olsa, onu aparmaq üçün heç bir potensialları yoxdur. Ona görə hesab edirəm ki, Paşinyan siyasi manipulyasiya ilə məşğuldur. Amma gec-tezi var. İnanmaq istərdik ki, COP29-a qədər Paşinyan daxili problemləri yoluna qoyub Azərbaycanla sülh müqaviləsi imzalamağa gedəcək. Amma bundan öncə ölkəsində referendum keçirib, Konstitusiyasında yer alan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını aradan götürəcək”. 

Deputat Fazil Mustafanın fikrincə isə burada atəşkəsin pozulmasının hansı qüvvələr tərəfindən edildiyinə diqqət yetirilməlidir: 

“Bu onu göstərir ki, atəşkəs məsələsində Paşinyanın özü də maraqlıdır. Atəşkəsin pozulmasının hansısa qüvvələr tərəfindən həyata keçirilməsi ehtimalına hər halda diqqətlə yanaşmalıyıq. Paşinyan həm Azərbaycanla münasibətləri qaydaya salmaq, həm müəyyən addımlar atmaq istəyir, həm də belə vəziyyətdə münasibətlərin, atəşkəsin pozulması istiqamətində addımlar atır. Gözləmək lazımdır ki, bunun kimlər tərəfindən edildiyi aydınlaşsın. Onda Ermənistanda prosesi pozmağa daha çox cəhd edən qüvvələr də daha dəqiq bəlli olacaq”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO