Delimitasiyanın növbəti mərhələsi Zəngəzurdan başlasa, hansı ərazilər bizə qayıdacaq? - VİDEO

Paşinyan doğrudan da 100 kv.m-lik ərazi üçün referendum istəyir? Deyəsən, torbada pişik var axı. Daha doğrusu, o pişik referendum blankından çıxacaq. Ekspertlər hesab edir ki, delimitasiya Paşinyan üçün sadəcə bəhanədir. Əsl məqsəd yeni konstitusiyanı referenduma çıxarmaqdır.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın hazırladığı süjetdə yer alıb.

Nəşr mövzunu belə davam etdirib:

“Həmin konstitusiyada artıq Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Yəni Azərbaycana ərazi iddiası. Digər tərəfdən, ölkənin Avropaya inteqrasiyasını da bu referendumla rəsmiləşdirə bilər. Bu yolla həm Azərbaycanın şərtini yerinə yetirəcək, həm də Rusiyadan qurtulacaq.

Digər maraqlı məqam. Paşinyan bu açıqlamalardan sonra nə ABŞ-a zəng etdi, nə Parisə, nə də Brüsselə. Bu dəfə məsləhətləşmək istədiyi Rəcəb Tayyib Ərdoğan idi. Türkiyə prezidentini Qurban bayramını təbrik etmək bəhanəsi ilə yığmışdı.

Ermənistan mediası yazdı ki, liderlər iki ölkə arasında münasibətləri normallaşdırmaq barədə danışıblar. Həm də heç bir ilkin şərt irəli sürmədən. Bu nüans olduqca maraqlıdır. Türkiyənin Ermənistana ilkin şərti Azərbaycanla sülh müqaviləsidir. Ermənistan bu şərti yerinə yetirməyib.

O zaman ilkin şərt necə ortadan qalxa bilər? Bəlkə Paşinyan Ərdoğana hansısa vəd verib?

Deyəsən, vədlərindən birini yerinə yetirdi axı. Ermənistan Fələstin dövlətini tanıdı. Hər halda bu məsələdə Ankaranın rolu olub. Amma Ərdoğanın Paşinyandan aldığı vədlər bununla bitə bilməz.
İrəvan Ankaraya başqa hansı vədlər verə bilər? Məsələn, elə konstitusiya ilə bağlı? Və ya bəlkə Zəngəzurla bağlı? Zəngəzur azərbaycanlıların qədim dədə-baba yurdudur. Yəni Qərbi Azərbaycanın bir hissəsi. Biz Qərbi Azərbaycan deyəndə Ermənistanda dik atılırlar. Çünki 1918-ci ildə bu ərazilər Ermənistana hədiyyə verilib. Delimitasiyanın növbəti mərhələsi Zəngəzurdan başlasa, hansı ərazilər bizə qayıdacaq? Qazax istiqamətində delimitasiya sovet xəritələri ilə aparıldı. Zəngəzurda daha əvvəlki xəritələrlə aparıla bilərmi? Məsələn, 1918-ci ilə xəritələri ilə. Belə olan halda sovet dövründən əvvəl Ermənistana verilən hansı ərazini geri tələb edə bilərik?”.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO