İlham Əliyev “Euronews”a müsahibə verib - FOTO

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.

Bizim.Media xəbər verir ki, həmin reportajda Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.

Həmin müsahibənin tam variantını təqdim edirik:

Müxbir: Cənab Prezident, hər zaman Sizi burada görmək olduqca xoşdur. Bu gün Siz “Masdar” və Zati-aliləri Sultan Əhməd Əl-Cabir ilə çox mühüm xəbər verdiniz. Xahiş edirik, planlarınız barədə daha çox məlumat verərdiniz.

Prezident İlham Əliyev: Bəli, həqiqətən əla tədbirdir və o, əslində, bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik.

Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

Müxbir: Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə keçidə gəldikdə, çətinliklər hansılardır?

Prezident İlham Əliyev: Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq.

Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq.

Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.

Müxbir: Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir. Elə deyilmi? Prezident İlham Əliyev: Mən də belə düşünürəm. Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır.

Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.

Müxbir: Yeri gəlmişkən, Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi?

Prezident İlham Əliyev: Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Müxbir: Cənab Prezident, hər zaman Sizi görməkdən məmnunuq.

Prezident İlham Əliyev: Çox sağ olun.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO