İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq

İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində komitənin əsas icraçısı olduğu tədbirlərə ictimai dəstəyin təşkili və bununla əlaqədar şuranın fəaliyyət imkanları barədə müzakirə aparılıb.

Bu barədə Bizim.Media-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Komitənin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə gedən bərpa quruculuq işlərini və Böyük Qayıdışla bağlı məsələləri şəxsən nəzarətdə saxlamasının, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə həmin ərazilərə müntəzəm səfərlər etməsinin, doğma yurda geri dönən əhali ilə görüşlər keçirməsinin məcburi köçkünlərdə böyük məmnunluq doğurduğu, onların mütləq əksəriyyətinin qayıdışa hazır olduğu bildirilib.

Müvəqqəti məskunlaşma yerlərində İctimai Şuranın üzvlərinin keçirdiyi görüşlərdə məcburi köçkünlərin qayıdış prosesinə dair bir sıra məsələlərlə maraqlandıqları vurğulanıb. Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov onların məlumatlandırılmasına, maarifləndirilməsinə, qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığını, müraciətlərinin Dövlət Komitəsinin müvafiq strukturları ilə birgə araşdırıldığını və qanunvericiliyə uyğun tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan və bərpası aparılan yaşayış məntəqələrinə sakinlərin köçürülməsi vəziyyəti, onların məşğulluğu məsələlərinin həlli, ümumən, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili barədə ətraflı məlumat verib. İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktiv fəaliyyətinin komitə tərəfindən aparılan işə müsbət təsiri olacağı qeyd edilib. Bununla əlaqədar komitənin bütün fəaliyyət istiqamətləri üzrə qərarların qəbul edilməsi prosedurlarında vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.

İclasda müzakirə edilən məsələlər bağlı geniş fikir mübadiləsi aparılıb, əməli fəaliyyət üçün təkliflər, tövsiyələr verilib və müvafiq qərarlar qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Yevlaxda ağır qəza: 2 ölü var

Yevlaxda ağır qəza: 2 ölü var

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Salyanda ailə münaqişəsində xəsarət alanların SON DURUMU

Salyanda ailə münaqişəsində xəsarət alanların SON DURUMU

Qəzada xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Qəzada xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?

Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?

Xəzər dənizinin suyunun içməli suya çevrilməsi işləri nə yerdədir?

Xəzər dənizinin suyunun içməli suya çevrilməsi işləri nə yerdədir?

Müəllimlik sinif otağında bitmir... – Canlı açıb alver edənləri nə gözləyir?

Müəllimlik sinif otağında bitmir... – Canlı açıb alver edənləri nə gözləyir?

End of content

No more pages to load

RADİO