Ceyhun Bayramov Antalyada mediaya açıqlama verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu çərçivəsində mediaya açıqlama verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Antalya Diplomatiya Forumuna hər il marağın daha da artdığını qeyd edən nazir bildirib:

“İştirakçı sayı, panel müzakirələri, dünya mediasında işıqlandırılması baxımında bu platforma Türkiyə diplomatiyasının dünyada artan nüfuzunun əhəmiyyətli göstəricilərindən biridir. Təbii ki, bu, Azərbaycan olaraq bizi qürurlandırır və sevindirir”.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan bu forumda geniş heyətlə həm panel müzakirələrində iştirak etdi, həm də digər ölkələrin xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri olan 20-ə yaxın dövlət nümayəndəsi ilə görüşlər keçirmək imkanı əldə etdi.

Azərbaycanın XİN rəhbəri dəvət və tədbirin təşkili üçün Türkiyənin xarici işlər naziri Hakan Fidana və forumun təşkilində əməyi keçən hər kəsə həm təbriklərini çatdırdı, həm də təşəkkürünü ifadə etdi.

Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə toxunan nazir deyib: 

“Fevralın 28 və 29-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində görüşərək sülh müqaviləsi ilə bağlı danışıqları davam etdiriblər. Bundan əvvəlki yeddi ay ərzində bu danışıqlar fiziki olaraq keçirilməyib. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var və son zamanlar bu istiqamətdə yüksək dinamikanı qeyd etmək olar”.

Nazir son ikigünlük müzakirələri ümumilikdə faydalı hesab edib:

“Həmin iki gün tərəflərin razılaşdırılmayan, açıq qalan yanaşmalarının müzakirəsinə həsr olunub. Hər iki tərəf qarşılıqlı olaraq öz yanaşmasını ifadə edib və bunun ətrafında müzakirələr aparılıb. Konkret tarix olmadan təmasların davamı ilə bağlı razılıq əldə edilib”.

Rəsmi Bakının Ermənistandan gözləntiləri ilə bağlı sualı cavablandıran nazir deyib ki, bu gözləntilər məsələnin tam hüquqa əsasən həlli, yalnız sözdə deyil, real olaraq, sənəd və qanunlara istinadən, qarşılıqlı ərazi bütövlüklərinin tanınması şərti ilə sülh müqaviləsinin razılaşdırılması və qəbul edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

End of content

No more pages to load

RADİO