Ərdoğan: “Türkiyə Qarabağda qardaşı ilə əl-ələ, çiyin-çiyinə dayanır” - VİDEO

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edib.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, Türkiyənin qlobal güc olma yolunda sürətli addımlar atdığını ifadə edən Prezident ölkəsinin qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayandığını deyib.

“Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır.
Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”, - deyə dövlət başçısı vurğulayıb.

O, bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində sözün əsl mənasında dastan yazır.

“Bu gün Türkiyənin PUA-ları 34 müxtəlif ölkənin səmasını qoruyur. Biz bu sahədə dünyanın ilk üç ölkəsindən biriyik. Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik. Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi. Dünyada KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biri olduq.

Bu qürur hamımızın, 85 milyonumuzundur. Millət olaraq inandıq, çalışdıq və Allaha şükürlər olsun, uğur qazandıq. Bunlar yalnız başlanğıc idi. Biz daha çox, daha təkmil işlər görəcəyik. Yeni şad xəbərimiz yoldadır. Bir dəfə bunu edəcəyik dedik, biz bunu edirik.
İçimizdəki müxaliflər, manqurtlar anlamasa da, dostlarımız Türkiyənin nə qədər böyük işlər gördüyünü yaxşı bilirlər. Son dörd gündür dünya KAAN-dan danışır”, - Ərdoğan əlavə edib. Mənbə: Oxu.az
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

End of content

No more pages to load

RADİO