BƏƏ naziri: “COP29 COP-un tarixində ən uğurlu sessiyalardan biri olacaq”

BƏƏ naziri: “COP29 COP-un tarixində ən uğurlu sessiyalardan biri olacaq”
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub.

Bizim.Media xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırıb.

Dövlətimizin başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığını və onun Azərbaycana səfərini məmnunluqla xatırladıb. Qeyd edib ki, bu, tarixi səfər idi. Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edib.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırdı. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirib. Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulandı. “Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edilib, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bacıları bir-birindən imtina etdilər

Bacıları bir-birindən imtina etdilər

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

TƏBİB Bahadur Rzayevə həvalə olundu

TƏBİB Bahadur Rzayevə həvalə olundu

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

Putin: “Azərbaycan Rusiyanın sabit və yaxşı tərəfdaşıdır”

Putin: “Azərbaycan Rusiyanın sabit və yaxşı tərəfdaşıdır”

Əmək Məcəlləsində dəyişiklik ediləcək - Parlamentin plenar iclasının gündəliyi

Əmək Məcəlləsində dəyişiklik ediləcək - Parlamentin plenar iclasının gündəliyi

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Putin: “Avropa özünə quyu qazır”

Putin: “Avropa özünə quyu qazır”

End of content

No more pages to load

RADİO