Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib, yeniləri qəbul edilib

Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib, yeniləri qəbul edilib
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən fevral ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalayıb.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti tərəfindən 2 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin, muxtar respublikanın iqtisadi və sosial proqnoz göstəricilərinin hazırlanması haqqında Sərəncam imzalanıb. 

Sərəncamda qeyd edilir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2025-ci il və sonrakı üç il üçün büdcənin layihəsini, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi isə növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2024-cü il iyun ayının 20-dək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər.
Nazirlər Kabinetinin 2 fevral 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən  istifadə qaydalarının təkmilləşdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyesterinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarları ləğv edilib.

Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə” Ali Məclis Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında” və “Jurnalist vəsiqəsinin forması”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanlarının ştat sayı”nda dəyişiklik edilib.
Nazirlər Kabinetinin 15 fevral 2024-cü il tarixli “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarında edilmiş dəyişikliyə əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılıb, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi sözləri ilə əvəz edilib.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında dəyişiklik edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bacıları bir-birindən imtina etdilər

Bacıları bir-birindən imtina etdilər

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

TƏBİB Bahadur Rzayevə həvalə olundu

TƏBİB Bahadur Rzayevə həvalə olundu

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

Putin: “Azərbaycan Rusiyanın sabit və yaxşı tərəfdaşıdır”

Putin: “Azərbaycan Rusiyanın sabit və yaxşı tərəfdaşıdır”

Əmək Məcəlləsində dəyişiklik ediləcək - Parlamentin plenar iclasının gündəliyi

Əmək Məcəlləsində dəyişiklik ediləcək - Parlamentin plenar iclasının gündəliyi

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Qaradağda qonşularını öldürən ər-arvada AĞIR CƏZA VERİLDİ

Putin: “Avropa özünə quyu qazır”

Putin: “Avropa özünə quyu qazır”

End of content

No more pages to load

RADİO