Ölkəmizdə parlament seçkiləri nə vaxt KEÇİRİLƏCƏK? 

Ölkəmizdə parlament seçkiləri nə vaxt KEÇİRİLƏCƏK? 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 5-də  Milli Məclisi buraxdı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin etdi. 

Hazırda isə əsas maraq doğuran məsələ növbəti parlament seçkilərinin nə zaman keçiriləcəyidir.

Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın hansı ölkələrlə dostluq münasibətləri daha da İNKİŞAF EDƏCƏK? – ŞƏRH 


Reallıqdan çıxış etsək, 2020-ci il fevralın 9-da seçilən parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir. Buna görə də, bu il noyabr ayının birinci bazar günü – noyabrın 3-də yeni parlament seçkisi olmalıdır.

Amma nəzərə alaq ki, noyabrın 11-dən 24-dək Bakıda çox mötəbər tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bu tədbirə dünyanın 5 qitəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir.

Nəzərə alaq ki, gələn qonaqları arasında çox sayda hökumət və dövlət başçıları da olacaq. Bu da tədbirin əhəmiyyətini xeyli artırır. 

Ona görə də 2024-cü ilin noyabr ayının birinci həftəsində parlament seçkilərinin keçirilməsi təşkilati cəhətdən məqbul hesab edilmir. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, COP29-a görə parlament seçkiləri daha erkən keçirilə bilər. 

Belə ki, Milli Məclisə seçkilərin nəzərdə tutulan vaxtdan 1-2 ay əvvəl keçiriləcəyi ehtimal olunur. Bu isə onu deməyə əsas verir ki, 2024-cü ilin sentyabr-oktyabr aylarında Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya Britaniyanın hərbi müəssisələrinin rəhbərlərinə sanksiya TƏTBİQ ETDİ

Rusiya Britaniyanın hərbi müəssisələrinin rəhbərlərinə sanksiya TƏTBİQ ETDİ

Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı

Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı

“Nənə-babalara nəvələrini qucaqlamaq olmaz?” – Beynəlxalq qalmaqala səbəb olan SOSİAL ÇARX

“Nənə-babalara nəvələrini qucaqlamaq olmaz?” – Beynəlxalq qalmaqala səbəb olan SOSİAL ÇARX

“Beşiktaş”dan TFF-yə SƏRT ETİRAZ

“Beşiktaş”dan TFF-yə SƏRT ETİRAZ

Azərbaycanda “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycanda “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ EDİLDİ

Sabah bu bölgədə QAZ OLMAYACAQ

Sabah bu bölgədə QAZ OLMAYACAQ

Baxçalı: “Azərbaycanla Türkiyə arasındakı qardaşlıq daha dərin, tarixi xarakter daşıyır”

Baxçalı: “Azərbaycanla Türkiyə arasındakı qardaşlıq daha dərin, tarixi xarakter daşıyır”

Gündə bir pomidor yemək bu xəstəliyi sağaldır – ARAŞDIRMA

Gündə bir pomidor yemək bu xəstəliyi sağaldır – ARAŞDIRMA

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala YÜKSƏLDİ

Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala YÜKSƏLDİ

BTQ Fransa Senatının Korsika ilə bağlı konstitusiya islahatını rədd etməsini PİSLƏDİ

BTQ Fransa Senatının Korsika ilə bağlı konstitusiya islahatını rədd etməsini PİSLƏDİ

Putin Zelenskinin Moskvaya gələ biləcəyini TƏSDİQLƏDİ

Putin Zelenskinin Moskvaya gələ biləcəyini TƏSDİQLƏDİ

Pul çatışmazlığını tezliklə unudacaq BÜRCLƏR

Pul çatışmazlığını tezliklə unudacaq BÜRCLƏR

Prezident və ailəsinin retrospektiv sərgi ilə tanışlığına dair VİDEOÇARX

Prezident və ailəsinin retrospektiv sərgi ilə tanışlığına dair VİDEOÇARX

Azərbaycanın turizm potensialı beynəlxalq platformalarda tanıdılacaq - FOTO

Azərbaycanın turizm potensialı beynəlxalq platformalarda tanıdılacaq - FOTO

Uşakov: “Rusiya Ukrayna üzrə danışıqlarda Avropanı kimin təmsil edəcəyini müzakirə etmir” - VİDEO

Uşakov: “Rusiya Ukrayna üzrə danışıqlarda Avropanı kimin təmsil edəcəyini müzakirə etmir” - VİDEO

Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

Avropada xərçənglə bağlı DİQQƏTÇƏKƏN NƏTİCƏLƏR

Avropada xərçənglə bağlı DİQQƏTÇƏKƏN NƏTİCƏLƏR

Bacıları bir-birindən imtina etdilər

Bacıları bir-birindən imtina etdilər

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

End of content

No more pages to load

RADİO