İdman
Bu gün 21:46

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi baş verib.
Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
Ramin Orucov bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Bizim.Media