HƏMAS-İsrail savaşında YENİ MƏRHƏLƏ – İran və ABŞ münaqişəyə DAXİL OLUR? 

HƏMAS-İsrail qarşıdurması artıq öz məcrasından çıxır. Bu da bu lüzumsuz və sonu olmayan münaqişədə əsas oyunçuları üzə çıxarır. Çünki HƏMAS-İsrail müharibəsi yəhudi-ərəb qarşıdurması müstəvisindən çoxdan çıxıb. 

Qəzza bölgəsi qlobal güclərin maraqlarının toqquşduğu bir coğrafiyadır. Ona görə də Qəzzada qanlı toqquşmaların baş verməsi həmişəki kimi yəhudilərlə fələstinlilərin maraqlarından çox uzaqdır.  
 

MÖVZU İLƏ BAĞLI:

İsrail və HƏMAS Qəzzada atəşkəsi bərpa edəcək?


Əvvəllər də qeyd etdiyimiz kimi, HƏMAS-İsrail qarşıdurmasının son pərdəsinin arxasında ABŞ-la İran dayanır. 

Çünki “ərəb bahar”ından sonra İran Orta Şərqdə mövqelərini kifayət qədər möhkəmləndirib. Suriya, İraq, Yəmən kimi dövlətlər birbaşa İranın təsir dairəsindədir. Bu isə ABŞ-ın planlarına daxil deyil. 

Ona görə də oktyabrın 7-də Qəzza bölgəsində yenidən silahlar işə düşdü. İlk hücum edən HƏMAS oldu. Bu da onu göstərdi ki, İran əldə etdikləri ilə kifayətlənmək istəmir və daha böyük iddiaları var.

Ötən gün bu iddia rəsmi şəkildə açıqlandı. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Rza Nəqdi İsrailin Qəzza zolağındakı əməliyyatlarını dayandırmadığı təqdirdə ABŞ-ı Aralıq dənizinin blokadası ilə hədələyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə ABŞ və müttəfiqləri “yeni müqavimət qüvvələrinin meydana çıxmasını və onlar üçün digər yolların və marşrutların, o cümlədən Cəbəllütariq boğazının bağlanmasını” gözləməlidir.

Qəzza bəhanədir, səbəb isə…

Yada salaq ki, Fars körfəzi tamamilə İranın nəzarətindədir. Halbuki, dünyanın neft ehtiyatlarının 40 faizi körfəzdəki Hörmüz boğazı vasitəsi ilə bazara çıxarılır. İran HƏMAS-ın hücumları ilə ikinci iddiasını ortaya qoydu. Bu dəfə hədəf Aralıq dənizinin şərq sahillərinə nəzarətdir. İran bu məqsədini reallaşdırmaqla, dünya bazarına çıxarılan neftin ən azı 60 faizini öz nəzarətinə keçirtmək istəyir. 

Lakin rəsmi Tehran öz niyyətini tam açıqlamır. Elə danışır ki, guya molla-fars rejiminin əsas hədəfi Qəzza zolağında sülhün olmasıdır. Əslində isə, İran ABŞ-ı Aralıq dənizindən sıxışdırıb çıxartmaq istəyir. Bəhanə isə Qəzzadır. Guya sülh olsa İran iddiasından geri çəkiləcək. İndiki vəziyyətdə sülhün olması da İranın maraqlarına xidmət edir. Çünki bu İrana “rəsmi Tehran təzyiq elədi, ABŞ geri çəkildi, İsrail dayandı”, - tezisini önə sürmək imkanı yaradacaq.

Bəs, İran öz istəyinə nail olacaqmı?

Bu sualın cavabı ABŞ-ın sərgiləyəcəyi mövqedən asılıdır. Çünki ABŞ hələki İsraili müharibəyə təşviq edir. Bu müharibə Qəzza bölgəsi ilə yekunlaşmır. ABŞ müharibənin qonşu dövlətlərə də sirayət etməsini istəyir. Çünki İsraillə qonşu olan dövlətlərin çoxunda İrana bağlı hərbi birləşmələr var. 

Təsadüfi deyil ki, İsrail ordusu mütəmadi olaraq Qəzza bölgəsi ilə yanaşı Livanı, Suriyanı və Yəməni də atəşə tutur. Bu da onu göstərir ki, İsrailin hədəfi İrana bağlı hərbi birləşmələrin məhvidir. Ona görə də İsrail İrana bağlı hərbi qüvvələri məhv etmək üçün müharibəni uzadır. 

Təbii ki, ABŞ-ın göstərişi ilə. 

Bu isə İranı çox ciddi şəkildə narahat edir. Ona görə də müharibəni dayandırmaq üçün İran hədə yolunu tutub. Məqsədsə odur ki, İran adını çəkdiyimiz dövlətlərdə nəzarətini itirəcəyi təqdirdə, nəyin bahasına olursa-olsun Aralıq dənizində nəzarəti ələ keçirtmək istəyəcək.

Lakin İranın buna nail olacağı heç də inandırıcı görünmür. ABŞ öz müttəfiqlərinin dəstəyi ilə İsraili daha uzun müddətli müharibəyə sövq edəcək. Bununla da İranın Orta Şərqdəki dayaqlarını məhv etməyə çalışacaq. O ki, qaldı İranın Aralıq dənizinə iddiasına, bu indiki halda ancaq bir xəyaldır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO