Goranboyda ağır zəncirvari qəzada ölən və yaralananlar var.
Goranboyda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan yolunda baş verib.
Hərəkətdə olan “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobilləri toqquşub.
Zəncirvari qəza zamanı 2 nəfərin öldüyü bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə yerinə DYP və təcili tibbi yardım briqadaları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu