Xalq artisti Faiq Ağayevə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.
"15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı... Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik... Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!", - deyə o qeyd edib. (metbuat.az)
Bizim.Media