Ukrayna Qərb ölkələrinin köməyi ilə silahlarını təkmilləşdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubinə bildirib.
Dövlət başçısı vurğulayıb ki, söhbət Qərb ölkələrinin respublikaya sadəcə dəstək verməsindən deyil, onların bu prosesdə birbaşa iştirakından gedir.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi, istefada olan general-leytenant Kit Kelloq ilə görüşüb. Tərəflər Rusiya Silahlı Qüvvələrinin respublikaya zərbələrini, Kiyevin avropalı tərəfdaşları ilə birgə yaratdığı antiballistik sistemi və "Patriot" kompleksləri üçün raket-atıcıları müzakirə ediblər.
Bizim.Media