Tərtərin Bayandurlu kəndi ərazisində “Hyundai” markalı avtomobilin yolu keçən piyadanı vurması nəticəsində 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlu ölüb.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə zamanı avtomobili Xoruzlu kənd sakini Tural Nəbiyev idarə edib.
Sürücü yaralanan piyadanı xəstəxanaya aparmağa çalışsa da, Qəribxan Əliyev yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media