Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Avqustun 20-də abortdan sonra vəfat edən Tovuz rayon sakini Lalə Quliyevanın ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyini açıqlayıb. Rəsmi məlumatda onun hamiləliyini hansı tibb müəssisəsində sonlandırdığı isə qeyd edilməyib.

Bizim.Media "Bakupost.az"a istinadla xəbər verir ki, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə "Vita Med Hospital"dan göndərilib.

Onu həmin klinikada qəbul edən mama-ginekoloq Yadigar Hüseynova olub.

Y.Hüseynova bildirib ki, Lalə Quliyevanı hospitala artıq qanaxma fonunda qəbul edib:

"Onlar mənim kəndçilərimdir. Avqustun 20-si anası mənə zəng etdi ki, Masazırdayıq, qızın halı pisdir, qanaxması var. Dedim, mən orada nə edə bilərəm? İşlədiyim yerə - "Vita Med Hospital"a gəlin. Qanaxma fonunda gəliblər. Bizim klinikada olanda huşu aydın idi, danışırdı. Qan itirmişdi, təzyiqi düşmüşdü. Biz lazımi tədbirləri gördük, təzyiqi normallaşdırıldı və protokol qaydasında Sabunçu Tibb Mərkəzinə göndərildi. USM yox idi.

Biz həmin anda heç nəyi dəqiq təyin edə bilmirdik. Yalnız ilkin müdaxilə edib təzyiqini normallaşdırdıq və təcili tibbi yardımla göndərdik. Günün ikinci yarısı olduğuna görə qan bankı yox idi, lazımi tədbirləri görə bilməyəcəyimiz üçün onu axşam saat 6-7 radələrində, təxminən 40 dəqiqəyə dövlət klinikasına göndərdik. "Vita Med"də abort əməliyyatı keçirilməyib".

Həkimin açıqlamasından məlum olur ki, Lalə Quliyeva "Vita Med Hospital"a Masazırdan gətirilib.

Y.Hüseynova qadının harada və hansı şəraitdə əməliyyat olunduğu ilə bağlı suallara cavab verməyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

End of content

No more pages to load

RADİO