İlham Əliyev Xankəndidə futbol fasiləsində idman ictimaiyyəti ilə görüşdü - VİDEO

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

"Xoş gəlmisiniz Xankəndiyə! İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz.

Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm.

Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.

Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm".

Sonra xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

End of content

No more pages to load

RADİO