Türkiyənin məşhur müğənnisi Tarkan avqustun 29-da Marmarisdə yalnız 400 nəfərin izləyə biləcəyi özəl konsert proqramı ilə səhnəyə çıxacaq.
Bizim.Media xəbər verir ki, meqastarı canlı dinləmək istəyənləri isə kifayət qədər yüksək qiymət gözləyir.
Belə ki, Tarkan Marmarisdəki lüks otellərdən birində çıxış edəcək. Konsert yalnız otel qonaqları üçün nəzərdə tutulub və tədbirə cəmi 400 nəfər qatılacaq.
Jurnalist Mehmet Üstündağın açıqlamasına görə, Tarkanın konsertini izləmək istəyənlər oteldə ən azı iki gecə qalmalıdır. Səhər yeməyi və konserti əhatə edən paketin qiyməti isə 500 min TL olaraq açıqlanıb.
Bu yüksək məbləğ “Gel Konuşalım” proqramında da müzakirə olunub. Tədbirin məhdud sayda qonaq üçün təşkil edilməsinə baxmayaraq, qiymətin 500 min TL olması iştirakçıları təəccübləndirib.
Qiyməti eşidən Hakan Hatipoğlu təəccübünü gizlətməyib. O, “Nə? Bir avtomobil puludur...” deyərək 500 min TL-lik paketə reaksiyasını bildirib.
Bizim.Media